Hər bir xanımın qarderobunda köhnə, işlətməyə yaramayan, amma atmağa əli gəlməyən çantaları vardır.
Sizə belə bir çantanı ikinci həyata necə qaytarmaq mümkün olduğunu göstərmək istəyirəm.
Çantanı götürüb, toxumaq üçünzövqümüzə uyğunsap seçirik. Sonra istənilən naxışla çantanın ölçülərinə uyğun toxuyuruq.
Əvvəl kənarlarını, sonra qarşı tərəfləri toxumaq olar.
Sonra toxuduğumuz hissələri birləşdiririk, çantanın üzərinə keçirib, kənarları səliqə ilə işləyirik.
Sonda belə yeni çanta alınır.
Sizə başqa toxunuşda olan çantanı da təqdim edirəm.
Aşağıdakı çanta isə parça ilə işlənmişdir. Köhnə bir çantadan yeni dəbli toy çantası hazırlaya bilərsiniz.