Əziz xanımlarımız. Bu dəfə sizlər üçün maraqlı bir ölkənin toyu haqqında məlumat verəcəm.
Hər bir xalqın öz adət-ənənəsi var. Bu dəfə sizlərə hindlilərin toy adət-ənənəsindən söhbət açacağam. Bilirəm ki, sizə maraqlı olacaq. Hindistan qədim bir ölkədir və hind xalqı da öz qədimliyi və özünə uyğun tərz və qədim adətləri ilə tanınır. Toyları əsrlər boyu necə varsa elə keçir. Cüzi dəyişikliklərdən başqa.
İlk əvvəl onu deyə bilərəm ki, Hindistan toy ənənəsində toydan bir gün öncə qızlar bir araya yığışır və öz aralarında köçən qız üçün oxuyub-oynayırlar. Sonra, gəlinin əl-ayaqlarına naxışlı xına çəkirlər. Demək olar ki, bu adət-ənənə hindlilərdə heç vaxt tərgidilmir. Nə qədər müasir dövrdə yaşasalar belə qədim ənənələrini unutmurlar. Məncə bəzi ölkələrdə bu qədər adətlərinə sadiq olanlar az olar. Bu hindlilərdə daha gözəl görünür.
Daha sonra Hind ənənələrinə görə gəlinin paltarlarını, ziynət əşyaları oğlanın bacısı, qardaş arvadı və bəy evinin subay qızları tərəfindən gəlinin evinə gətirilir. Bu gətirilən gəlin paltarını-Hind gəlin sarisini qızlar açıb baxırlar və sabaha hazır qoyurlar. Eləcə də gələn gəlin sarisinin yerinə oğlana öz bəylik geyimini, carığını göndərirlər.
Hind toy günü isə gəlin hazır olur və gəlini xususi toy salonuna aparmaq üçün bəy və qohumları gəlirlər. Onu da qeyd edək ki, hindlilərin bir qeyri-adi adəti odur ki, gəlini alandan sonra, toyundan 1 həftə öncə kahin gətirilir və oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər. Əgər belə olmasa toy ya təxirə salınır, ya da ləğv olunur.
Gəlini toy salonuna aparmaq üçün oğlan at belində gəlir.
Toy salonuna çatanda bəy atdan düşür və gəlinin əlindən tutaraq salona daxil olur. Təkcə oğlan yox ,rəsimdən göründüyü kimi qızın bacısı və ya qohumu qızın yanında, oğlan tərəfdəndə bacı və ya qardaş arvadı oğlanın yanında olur.Sonra gəlini və bəyi xüsusi hazırlanmış yerə gətirirlər ki, bu hazırlanan yer gəlinlə bəyin izdivacı olacaq yer olur və onların müqəddəs saydıqları alov burada qoyulur. Kahin gəlinlə bəyin izdivacını bağlayandan sonra dua edilir.
İzdivac baş tutandan sonra, gəlin və bəy ayağa qalxaraq odun ətrafında 7 dəfə firlanırlar, dua edilir və oda gül ləçəyi səpirlər. Əvvəllər odun kənarında dövr edəndə bəylə gəlinin paltarlarının ucunu bir-birinə bağlayırdılar. İndi artıq bu ənənə az-az hallarda olur. Çünki, müasir dövrdə qızlar öz sevdiyi oğlanla evləndiyinə görə bu ənənədə dəyişiklik edilərək bəy gəlinin əlindən tutaraq dövr edir.
Daha sonra gəlin və bəy bir-birlərinin boynuna güldən hazılanmiş xüsusi halqanı taxırlar və bəy gəlinin saçının ortasından alınına qədər qırmızı rəngli toz boyanı səpir. Bu hind adəti ondan irəli gəlir ki, yəni hindlilərin bu simvolik etdikləri şeyin anlamı odur ki, qurduğun ailə həyatın və evləndiyin xanımla həyatın güllər içində keçsin və evlilik həyatın güllər qədər gözəl olsun.
Qadınların həyat yoldaşları tərəfindən başlarına çəkilən bu qırmızı boyanın anlamı odur ki, odun rəmzi olaraq Tanrı gəlinlə bəyin xeyir-duasını verir. Və həyat yoldaşının razılığını bildirir. Bir növ bizim adətimizdə bunu belə izah edə bilərik ki, gəlinin belinə bağlanan bakirəlik rəmzi qırmızı lent kimi. Allah oğlana təmiz qız nəsib edir. Hindlilərində bu adəti odun xeyir-duası və gəlinin oğlana təmiz, pak qismət olması kimidir.
Onu da qeyd edək ki, hindlilərin evli olmaqlarının simvolu qadınların həyat yoldaşları tərəfindən toy günü boyununa salınmış xüsusi dualı sep olur ki, o da qızı gəlinlə səhv salmamağa kömək edir. Əsasən biz bunu üzüklə bilirik.
Daha sonra isə hazırlanmış yerdə əyləşərək toyu izləyirlər.
Toyda olan arada səbəbkarlar və qonaqlar üçün hazırlanmış təamları verirlər və toy tortunu kəsirlər.Təkcə bunlarla kifayət etmir toy mərasimi. Təbii ki, hind filmlərindən göründüyü kimi hindlilərin gözəl rəqsləri toylarında da olur.
Bu da xoşbəxt son.
Allah bütün subaylara toy qismət etsin. İstəyənə xarici toy, istəyənə milli ənənəmizlə keçirilən gözəl toy arzu edirəm.
Allah təki hər kəsi xoşbəxt etsin.