İtaliya1861-ci ildə milli birliyini təmin edənə qədərvahidbir ölkə deyildi. İtaliya torpaqlarında mövcud olankiçik dövlət və krallıqlarbir-birindən hiss olunacaq dərəcədə fərqli mədəniyyətə malik idilər.Bu səbəbləhazırkıitalyan ənənəsi, ya daitalyan mənşəli olaraq adlandırılan şeylərbölgə və mənşələrinə görə ayrıla bilər. İtaliyanın Avropanın mədəni və tarixi irsinətəsiriçox böyükdür. Roma İmperatorluğu kimi dünyanın köklü dövlətlərinə ev sahiblliyi etmiş olmasının vəxristianlığın ən əhəmiyyətli mərkəzi Vatikanın burada yerləşməsinin nəticəsi olaraq İtaliyamədəni irs elementləri baxımından son dərəcədə zəngindir. İtaliyahal-hazırda YUNESKO-nun 44 Dünya Mədəniyyət Mirası sahəsində ev sahibliyi edərək birinciliyi əlində tutmaqdadır.
Collesium:
İtaliyanın paytaxtı Romada olan və Roma deyilincə ilk ağıla gələn tarixiabidədir. Flavianusamfiteatrıolaraq da tanınır. E.ə. 72-ci ildə məşhur bir komandir olan Vespasianus tərəfindəninşasınabaşlanmışdır.Collesiumun(Kolizeyin) inşası20 min işçitərəfindən10 ilmüddətində tamamlanmışdır. Arenanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də çox qısa bir müddətdə dolub boşalanolmasıdır. Ən çox qladiatordöyüşləriləxatırlanan arenada, çox təəssüf ki, 2000-dən çoxqladiatorölmüşdür. Bura illər boyunca arena olaraq istifadə edilmişdir. İmperatorlar burada Roma xalqını əyləndirmək üçün və bir az da öz əyləncələri üçünqladiator döyüşləritəşkil edirdilər. Qladiator döyüşləri ilə bərabərxalq nümayişləri, təqlid dəniz döyüşləri, heyvan ovçuluğu, drammatik edamlar, məşhur döyüşlərin yenidən canlandırılması, klassik mifologiyaya əsaslanan dramlarnümayiş olunurdu. Collesium(Kolizey)daha sonra dini ərazi, daş ocağı, sığınma yeri, iş dükanları və Xristian türbəsi kimi müxtəlif məqsədlər üçünistifadə edildi. Əsl adı əvvəllər Arena ikən, sonradan, girişdəki heykəlin adını aldı. 7 İyul 2007-ci iltarixində isə Dünyanın Yeni Yeddi Möcüzəsindən biri seçildi. Hal-hazırda zəlzələ səbəbiləxaraba vəziyyətində olmasına baxmayaraq, Collesium(Kolizey)Roma İmperatorluğunun uzun zamandan bəri ikonik simvoluhesab olunur. Bu gün müasir Romanın ən çox turistdiqqəti cəlb edənyerlərindən biridir.
Sistina Şapeli:
Romada olan və Xristianların dini mərkəzi olan Vatikanda Sistina Şapeli. Vatikan Muzeyinin ən göz oxşayan hissələrindən biridir və eyni zamanda Katolik Kilsəsinin lideri Papanın rəsmi iqamətgahı xüsusiyyətini daşıyar.
Şapelin divarlarını məşhur italyan İntibah rəssamları olan Botticelli, Perugino, Signorelli və Ghirlandaionun rəsmləri bəzəyir. Şapelin ən əhəmiyyətli əsərləri Michelangelonun məşhur Adəmin yaradılışı və qiyamət günü freskləridir. Vatikan Muzeyi:
Romanın ən görkəmli muzeylərindən biridir və bu muzeydə 1400 otaq vardır. Venesiya Meydanı:Nisbətən yeni hesab olunan və məşhur bir memarlığa malik olan bu meydanı Romanın incisi adlandırmaq olar. 1870-ci ildə tamamlanmışdırvə həm dəEmmanueliadı ilə də tanınır. Piazza Navona:
Romada olan məşhur meydanlardan biridir. Hər addımda qədimiliyi xatırladan bumeydanda daha çox barok arxitekturası hiss olunur.Bu meydanda həm dəköhnə bir quruluşa malik olan kilsəmövcuddur.Piazza Navonanın ən gözəl saatları əslində gecə saatlarıdır. Pantomim nümayişləri, canlı musiqilər, küçə rəssamları və falçılarla dolub daşan meydanda həm əylənib, həm də tarixi hiss etməniz mümkündür. Trevi Bulağı:
Fontana Di Trevi adlarıyla da xatırlansa da, daha çox istifadə edilən adı Eşq Bulağıdır.Bulağın tarixi İmperator Augustus dövründə başlayır. Hekayə, su axtaran əsgərlərə su mənbəyinin yerini göstərən bir qızın əfsanəsinə əsaslanır. İmperator Augustusun kürəkəni Agrippa, axan suyu Vergine su kəməri ilə Pantheona qədər çatdırmışdır.
Pantheon Məbədi:
Pantheon Romada Marcus Agrippa tərəfindən bütün tanrılarahəsredilmiş olan məbəddir. İmperator Hadrian tərəfindən təkrar inşa etdirilmişdir. Pantheonyunancada "bütün tanrılara" mənasını verir. Bütün Romada mövcud olan qədim abidələriçərisində ən yaxşı qorunmuş olanıdır.
VIIəsrdən bu yana xristian kilsəsi olaraq istifadə edilən Pantheon eyni zamanda Romadakı ənqədimqübbəli binadır. Romanın ən əhəmiyyətli simvollarından biridir. Murano adası:
Bu adayaVenesiyanin mərkəzindən kiçik gəmilər vasitəsilə yarım saat ərzində çatmaq olar. Murano adası şüşələriylə məşhurdur. Adanın tarixi çox qədimdövrlərə qədərgedib çıxır.
Grand Canal:
BurayaVenesiyanın ana prospekti də deyilir.Venesiyada yerləşən Böyük Kanal şəhərdəki əsas sunəqliyyatkoridorudur. Tərs bir S şəklində olan kanalın uzunluğu3800 metr, eni30-70 metr və ortadərinliyi5 metrdir.
Rialto körpüsü:
Venesiya şəhərində olan Rialto körpüsü, Böyük Kanal üzərindəki ənqədimkörpüdür. Antonio Da Ponte tərəfindən hazırlanan körpü daşdandır və tək kəmərlidir.Venesiyanin hər ikisahilinibir-birinə bağlayan çox böyük bir körpüdür. Yalnız körpü demək səhv olar əslində, burayahər zaman şən birticarətməkanı olaraq da baxmaq lazımdır. Bir-birindən gözəl maskalar, şüşə əşyalar, ayaqqabılar, çantalar vəoyuncaqlar...
San Marco Bazilikası:
San Marco Bazilikası (Basilica di San Marco a Venezia)İtaliyanın Venesiya şəhərində San Marco Meydanında yerləşən vəinşası1617-ci ildə tamamlanan Bizans və Gothic memarlıq izlərini daşıyan Katolik kilsəsidir. Respublikanın dövlət kilsəsiolan bazilika San Marconun sümüklərini qorumaq məqsədiyləinşaedilmişdir. Soğan şəklindəki qübbəsi və xaç şəklindəkistrukturu iləolduqca fərqli bir görünüşü olantikili"qızıl kilsə" adı da almışdır. San Marco Meydanı:
Venesiya şəhərində olan San Marco Meydanı (Piazzetta Di San Marco)şəhərin görülməsi lazım olan yerlərinin başında gəlir. Şəhərin ən gözəl binalarından Sansoviane Kitabxanası, Dükler sarayı və St.Marco Kilsəsi iləəhatələnənbu geniş sahəəvvəllərbazar yeri olaraq istifadə edilmişdir, lakin 1536-cı ildə sahənin təmiz tutulması məqsədi ilə bazar qurulması qadağan edilmişdir. Pitt sarayı:
Arno Çayının cənubundakı Pitt sarayıXVəsrdə Luca Pitt tərəfindən inşa etdirilmişdir. 1549-ci ildə isə Medici ailəsi tərəfindən satın alınmışdır.
Ardı var...