Menstruasiyadövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiyadövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür.Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.
Menstruasiya dövründə idman etmək olarmı?
Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiyadövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiyadövründə idman etmək təhlükəli deyil.
Tamponlar menstruasiyaya mane ola bilərmi?
Tampondan istifadə zamanı ən böyük qorxu tamponun menstruasiyaya mane olması ehtimalıdır. Lakin bu qorxu yersizdir, çünki tamponlar köpük kimidir və mayeni əmir. Tampon dolu olduqda maye tampondan keçərək çölə axar.
Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?
Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla bağlı menstruasiyaağrıları olan xanımlarda bir müddət sonra menstruasiyaağrıları yenə köhnə səviyyəsinə geri dönə bilər. Bu vəziyyətdə endometrioz xəstəliyinin diaqnozu üçün laparoskopik müayinədən keçmək lazımdır.
Menstruasiya dövründə hamilə qalmaq olarmı?
Ümumiyyətlə, yumurtlama dövrü menstruasiyanınbirinci günündən etibarən 10-18 gün sonradır. Lakin nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə menstruasiyatam bitməmiş olsa da cinsi əlaqə hamiləliklə nəticələnə bilər.
Menstruasiya qadının ovulyasiya (yumurtlama) keçirdiyinə sübutdur!
Belə bir şey söz mövzusu deyil. Əgər qadınlarda ovulyasiya (yumurtlama) olmursa belə, hormonal dalğalanmaların nəticəsi olaraq nizamlı menstruasiya olabilər. Eyni zamanda nizamlı menstruasiyaolmağın səbəbi orqanizmdən atılan qanlar ola bilər. Nəticə olaraq bir qandının nizamlı menstruasiya olmasıonun ovulyasiya dövrünə girdiyi mənasını verməz.
Qadınlar hər menstruasiyadövründə birdən çox yumurtlama dövrü keçirə bilərlər
Yumurtlama hər menstruasiyadövründə yalnız bir dəfə olur.Ovulyasiyanınikinci dəfə olma ehtimalı haradasa qeyri-mümkündür. Birdən çox yumurtlamanın yetkinləşdiyi hallarda, yumurtalar bir-birlərini 24 saat içində buraxır. Amma yuxarıda da ifadə etdiyimiz kimi, bu, demək olar ki, qeyri-mümkündür. Yəni hər qadının hər ay yalnız bir ovulyasiya dövrü vardır. Və hamilə qalmaq üçün bu tarixin bilinməsi lazımdır.
Hər qadının ovulyasiya tarixi (yumurtlama tarixi) menstruasiyatarixinin 14-cü günüdür
Başqa bir yanlış məlumat olan "Hər qadın 28 gün menstruasiyadövrü keçirir" əfsanəsi sayəsində belə bir düşüncə meydana gəlmişdir. Hər iki məlumat da səhvdir. Nə hər qadınının menstruasiyadövrü 28 gündür, nə də hər qadının yumurtlama tarixi menstruasiyadövrünün 14-cü günüdür. Qadınlarda menstruasiyadövrü 24-35 gün arasında dəyişir (bəzi hallarda daha da uzun çəkə bilər). Qadınların böyük əksəriyyətində menstruasiyadövrünün 11-ci günü ilə 21-ci günü arasında bir gün yumurtlama olur.