Bəli ilk dəfə atalar günü 1910-cu ilin 19 iyununda ABŞ-da qeyd edildi. Bu günün səbəbkarı kimi amerkalilar Dodd xanımı görürlər. Hansı ki, Spokan şəhərində yaşayırdı. (Vaşinqton ştatı.) O istəyirdi ki, atasına onu böyüdüb bu yaşa çatdırdığı üçün minnətdarlığını bildirsin. Nəinki, öz atasının, onun simasında övladlarını çətinliklə də olsa böyüdən, tərbiyə verən bütün Amerika atalarına aid etmək istəyirdi. Dodd xanımın atasının adı Vilyam Smart idi. Bir gün xanımı 6-ci uşağı dünyaya gətirərkən özü dünyasını dəyişir. Beləliklə, Smart 5 uşaq və bir körpə ilə tək başına həyatını davam edir. Onları min əziyyətlə böyüdərək, tərbiyə edir. Amma qəti ikinci dəfə ailə qurmur. Smart vətandaş müharibəsinin iştirakçısı idi. Həyatını həsr etdiyi övladları ilə birgə fermada yaşayırdı.
1966 cı ildə ABŞ prezidenti Lindon Conson iyun ayının üçüncü bazar gününü Milli atalar günü kimi qeyd olunmasını elan etdi. Bu bayramın adətinə görə imkanlı şəxslər təkbaşına uşaq böyüdən və imkansız olan atalara yardım edirlər. Bəli zaman keçdikcə digər dövlətlər də bu günü qeyd etməyə başladılar. 2009 cu il iyunun üçüncü bazar gününü ABŞ-dan başqa bu ölkələr də atalar gününü qeyd edirlər:
Roma, Kosta-Rika, Cənubi Afrika, Kuba, Kolumbiya, Fransa (1968-ci ildən), Argentina, Haiti,Kanada, Honkonq, Çili, Mavrikiy, Hindistan, İrlandiya, Yaponiya, Malaziya,Malata, Meksika,Niderland, Filippin,Finlandiya, Böyük Britaniya, Sinqapur, Slovakiya,İsveçrə, Türkiyə,Venasuella, Ekvador.
Atalar gününün digər qeyd olunduğu tarixlər:
19 martda: İtaliya, İspaniya (Jozefinın adi ilə bağlı), Portuqaliya.
8 mayda: Cənubi Kareya (valideynlər günü),
İyunun ilk bazar günü : Litva,
İyunun ikinci bazar günü: Belçika,
23 iyunda: Polşa
8 avqustda: Tayvan,
Avqustun ikinci bazar günü: Brazilya,
Sentyabrın ilk bazar günü: Portuqaliya, Avstraliya,
Sentyabrın üçüncü bazar günü: Ukrayna,
3 oktyabrda: Lüksemburq,
Noyabrın ikinci bazar günü: Estoniya, İsveç, Finlandiya,
5 dekabrda: Taylandda Atalar günüdür.
Tailandda atalar günü 1927 ci ildə doğulmuş kral Pumiponun adı ilə bağlıdır. Bu kralın tam adı;Pra Pumipon Adulyadeyt Maxitalatxibet Ramatibodi Çakrinarubodindara Sayamindaradiray Borommanatbopitdir. O IX nəsildən olub hal-hazırda Taylandda hakimiyyətdə olan kraldır. O tamamilə mükəmməl yanacağın yeni formasını kəşf edib. Bu yanacaq Palma yağıyla adi dizel yanacağının qarışığındandır. Yanacaq kimi yağdan istifadənin çoxdan bəlli olmasına baxmayaraq, ilk dəfə olaraq Kral bu tərkibin dəqiq düsturunu vermişdir. Artıq patentləşdirilmiş bu yanacağın ilk sınaqlarında kral şəxsən özü də iştirak etmişdir. Bundan əlavə Kral Pumipon suni yağış ixtira etmişdir. Bu yağışa şəxsən özü “Əla-Sendviç” adı vermişdir. Suni yağış müxtəlif hündürlükdə soyu və iliq buludların yaranmasına gətirib çıxardan iki təyyarənin eyni zamanda uçmasından yaranır. Bu ixtira əsasən quraq ərazilərdə tarlaları sulamağa yardım edir. Beləliklə kənd təsərrüfatının inkişafına kömək etmiş olur.
14 fevral 2008-ci ildə Rusiyada Vladimr Putin “Atalar gününün qeyd edilməsi” ilə bağlı ilk dəfə fikir bildirmişdir. Hələ ki, nə Rusiyada, nə də Vətənimiz Azərbaycanda “Atalar günü” qeyd edilmir.