Bayramlıq
Adətə görə , Novruz axşamı nişanlı qızların adına oğlan evi tərəfindən gətirilən bayram sovqatı saçaqlı tirmə şalla örtülmüş xonçalar , zərli boxçalar yan – yana düzülür.
Sovqat ipək parça , baş yaylığı kəlağayı , zinət əşyaları , müxtəlif “Bayram yemişi”qırmızı alma , rəngbərəng yumurta , yeddi növ şirniyyat və s ibarət olur. Xonçalar , səməni və əlvan şamlarla bəzənir.Digər xalq bayramlarında olduğu kimi Novruz bayramında da alnına , ayaqlarına xına (həna) qoyulmuş ,boynuna qırmızı parça sarınmış zınqırov asılmış toğlu ,qoç da aparılır. Gələnlər bu əziz bayram münasibətilə gözaydınlığı verərlər, bir – birini təbrik edərlər , el alqışlarına üz tutarlar : - Bayramınız mübarək neçə - neçə belə bayramlara çatasınız!
Ömrünüz - gününüz bahar ətirli olsun üzünüzə xeyirli ,nurlu sabahlar açılsın , deyərlər.
Ev görmə
Novruz bayramı günlərində təzə evə köçənləri təbrikə gedərlər . Yeni ev tikənlər cəhd edirlər ki , Novruz bayramına yaxın köçüb orada yerləşsinlər . İnama görə yeni ilin təzə evdə qarşılanması ailəyə uğur, xoşbəxtlik gətirər Qohum - əqrəba , dostlar -yaxınlar təzə evə köçənləri hədiyyələr və bayram sovqatlarıyla təbrikə gəlir ,ev sahibinə cansağlığı ,xeyir - bərəkət ,xoş günlər arzulayırlar.
Sünbül xonçası
Novruz axşamında yaşlı olanların evinə aparılan pay xonçada Novruz bayramı süfrəsi üçün hazırlanmış nemətlər ,göyərdilmiş səməni ,ailə üzvlərinin sayı qədər şam , səməni olmaqla bərabər bir quru buğda sünbülü də olur . Bu sünbül evə bərəkət , artım payı olaraq gətirilir.
Əziz Qadin.netlilər sizi Baharın gəlişi,Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirik.Həyatınız bahar kimi rəngli,gül ətirli,Novruz xonçası kimi şirinliklərlə dolu olsun.Novruz evinizə bərəkət,sevinc,xoşbəxtlik gətirsin.Bayram abu havasın hər zaman hiss edəsiz.Neçə belə illərə çıxasız ən sevdiklərinizlə bərabər.