Soğan, sarımsaq və balıq kimi əllərdə pis qoxusu qalanməhsullarlayemək hazırlamaq sizə çətin iş kimi görünə bilər. Ağız qoxusuna qarşı diş fırçalamaq işə yarasa da, əllər üçün bu problem daha böyükdür. Sabahısı günsoğan iyi verən əllər özünüzü narahat hiss etmənizə səbəb olar.
Soğan və sarımsaq kimi pis qoxulardan xilas olmanın bir çox yolu vardır. Bunlardan bəziləri ilə tanış olun:
1. Duz ilə ovmaq
Soyuq su ilə qarışdırılaraq məcun formasına gətirilən duzu əllərimizə sürtün və yaxalayın. Bu,qoxunun getməsini təmin edir. Həmçinintəbii yumşaldıcı rolunu oynayır.Ancaq bu əməliyyatdan sonra krem sürtməyi unutmayın. Çünki duz əllərinizin qurumasına səbəb ola bilər.
2. Əlləri pomidor suyunun içinə qoymaq
Ən az 5 dəqiqə müddətində pomidor suyu içərisinə qoyulan əllərdə soğan qoxusundan əsər-əlamət qalmayacaq. Bunu etdikdən sonra əllərinizi maye sabun ilə yuyun.
3. Əlləri metala sürtmək
Paslanmayan polad materiallardan həyatımızın hər sahəsində istifadə edilir. Soğan kimi pis qoxuya səbəb olan tərəvəzlərlə məşğul olduqdan sonra əlinizi, məsələn, krana sürtsəniz bu qoxu itəcək. Dəmir qaşıq da eyni funksiyası yerinə yetirməkdədir. Çünki soğanın içərisindəki pis qoxuya səbəb olan sülfür molekulları metal ilə qarşılıqlı təsirə keçir və neytral hala dönür.
4. Limon suyu sürtün
Əllərinizi limon suyu içərisində 3 dəqiqə saxladıqdaqoxunun qalmadığını hiss edəcəksiniz. Əgər limon yoxdursa, sirkədən də istifadə edilə bilər.
Digər üsullar
Soğan doğramamışdan əvvəl əllərinizi sirkə ilə yuyun.
Ələrinizdən soğan iyi gəlməsini istəmirsinizsə, soğan doğradıqdan sonra əllərinizə kartof sürtün.
Bunlardan başqa, əllərinizi diş məcunu ilə də ova bilərsiniz. Bunu sarımsaqdan istifadə edərkən də tətbiq edə bilərsiniz.