* Dəri üzlüklüı mebellər portağal və ya limon qabığıyla təmizlənsə, yeni görünər.
* Yuyula bilən parçalarda olan qəhvə ləkəsini təmizləməyinən asan yolu parçanı qliserin ilə təmizləməkdir. Yarım saat gözlədikdən sonra adi qaydada yuyun.
* Qablardakı əhəngi təmizləmək üçün qabın içinə yumurta qabıqları və ya bir az sirkə töküb qaynadın. Əhəngin yox olduğunu görəcəksiniz.
*Məxmər üzlüklükreslolarsirkəli suyla silinsə, parıldayar.
* Ayaqyolundan gələn pis qoxunu aradan qaldırmaq üçünunitazın içinəbir ovuc iri duz atın. Qoxu yox olacaq.
* Qurumamış qan ləkəsinin üzərinə bir az nişasta səpin. Nişasta quruduqdan sonra fırça ilə təmizləmək kifayətdir. Qurumuş ləkələr üçün isə bir litr suya qatacağınız iki yemək qaşığı ammonyak işinizi görəcək. Bu qarışıq iləsilinsə, ləkə yox olacaq.
* Tutulan borularıqaynar sodalı su ilə aça bilərsiniz. Bunun üçünsodalı suyu töküb bir müddət gözləyin.
*Donmuş şüşələrinizi duza batırılmış nəmli dəsmalla silsəniz, buzu rahatlıqla təmizləyə bilərsiniz.
*Parçalardakı diyircəkli qələm ləkələrini spirtlə silərək və ya parçanın həmin qismini spirtə qoymaqlaçıxara bilərsiniz.
*Yağlı boya ləkələrindən xilas olmaq üçün ləkəni efir və ya asetonlu pambıqla silməniz kifayətdir.
* Limon suyu ilə bütün evinizi təmizləyə bilərsiniz. Bir limonun suyunu iki xörək qaşığı zeytun yağı ilə qarışdıraraq, mebelləri təmizləyə biilərsiniz.
* Limonun yarısını qabyuyan maşına qoyub işlətsəniz, stəkan və qablarınız heç olmadığı qədər parlayacaq.
* Limonun üzərinə duz tökərək onunla mis qablarınızı sürtün. Necə parladıqlarının şahidi olacaqsınız.
* Parket və kafel aralarındakı çirki təmizləmək üçün limon və ya limon turşusu ilə paltar sodasını eyni nisbətdə bir litr suda qarışdırın. Kafelin üzərinə töküb, bir müddət gözləyin. Çirkin təmizləndiyini görəcəksiniz. Digər kimyəvi maddələrə ehtiyac duymadan limonun köməyi ilə evinizi təmizləyib gigiyenanı təmin edə bilərsiniz.
*İstifadə edilmiş mətbəx əskilərini paltaryuyan maşında 60 dərəcədə yuya bilərsiniz. Bakteriyalar ancaq bu istilikdə məhv olur.
*Meyvə şirəsi ləkələrini duzla təmizləyə bilərsiniz. Duzu yaş ləkənin üzərinə töküb qurumasını gözləyin. Sonra duzu silkələyin. Mineral su da ləkələrə qarşı təsirlidir.
* Unitazın içinə tökdüyünüz təmizləyicininləkəni aparmasını gözləyərlkən fırçanı da içinə salın.
* Fincanlardakı çay ləkələri sirkə və duzdan ibarət olan qarışıqla təmizlənə bilər.
* Soyuducu illərlə eyni yerdə qalır. Halbuki, soyuducunun arxasındakı soyutma simlər də təmizlənməlidir. Əks halda, enerjidən istifadəartar. Buna görə də soyuducunu ildə bir dəfə önə çəkib arxasını silin.