* Bəzən məhşur aşbazlar balığa, toyuğa, salatlara və şorbalara qeyri-adi, ətirli və ədviyyatlı duz qatırlar. Bu duz xüsusi olur, qiyməti də ucuz olmur. Bu duz tökülən xörəyə əlavə ətirləndirici və ya ədviyyat qatmağa ehtiyac olmur. Amma siz ətirli duzu evdə də hazırlaya bilərsiz. Duza göbələk, cəfəri qurusu, darçın, sarmısaq və s. qatıb, kombayn maşınından keçirib, narın edirsiz. Bu duzu qapağı kip bankada saxlamaq lazımdır. Eləcə də duza zəfəran, mixək qatıb kombayndan keçirə bilərsiniz. Bu duzu şorbalara, ət qızartmasına, salatlara ürəklə səpə bilərsiniz.
* Kotletlərə ət maşınından keçirilmiş çiy kartof qatsanız, çox dadlı olacaq.
* Evdə xəmir üçün maya yoxdursa, onu yarım stəkan pivə və ya mineral su ilə əvəz edə bilərsiz.
* Xəmirə soda qatmazdan əvvəl onu suda həll edin.
*Borş bişirməyə hazırlaşırsınız,lakin çuğundurun quruyub-qırışdığını görürsünüz? Onu yuyun, yuxarı və alt hissəsindən qapaq kimi kəsin.Sonra şüşə qaba qoyub üzərinə soyuq su tökün. Çuğundur özünə gələcək.
* Əgər əti uzun müddət bişirməyinizə baxmayaraq, daş kimi bərk qalırsa, o zaman ətə qabığı təmizlənmiş banan qatın.Yumşaq ət tez hazır olacaq.
* Şoraba və mürəbbələrin üstünü ərp və kif bağlamaması üçünpomidor və xiyar turşusu qoyduğunuz bankanın üzərinə duz və nazik təbəqə ilə bitki yağı tökün, mürəbbələri isə bağlayarkən üst qata bir desert qaşığı araq əlavə edin.