Belə bir deyim var: "Təmizlik imandandır!" Yəqin ki, bütün xanımlar gün ərzində evlərini təmizləmək üçün kifayət qədər zaman sərf edirlər. Bəs biz bu təmizliyə nə üçün bu qədər əhəmiyyət veririk? Təbii ki, mikroblardan qorunmaq və daha sağlam yaşamaq üçün.
Evin ən işlək yeri olan mətbəx vəvanna otağını mikroblardantəmizləmək üçün müxtəlif vasitələrdən istifadə edirik. Ancaqbu mikroblar heç ağlınıza gəlməyən yerlərdə gizlidir. Harada?
Eşidəndə inanmayacaqsınız.
1. Paltaryuyan maşın.
Bəzən xanımlar elektrik enerjisinə qənaət etmək üçün maşında dərəcəni çox asağı qoyur. Bu zaman paltarlarda çoxlu mikrob əmələ gəlir. Bunun üçün paltarları qurutduqdan sonra mütləq ütüləmək lazımdı.
2.Kəsmə taxtası.
Bəzəntaxtada soyuq bir ərzaq doğrayıb ardınca daisti bir ərzaq doğrayırıq. Nəticədə isti və soyuğun qarışımından taxtada çoxlu mikrob yaranır. Lazımdır ki, isti və soyuq əzraqları doğramaq üçün ayrı-ayrı kəsmə taxtalarından istifadə edəsiz.
3. Kompüter və noutbuklar
Günümüzun ən çox istifadə edilən bu texnoloji əşyasınınklaviaturasında gizlənmiş mikroblar hətta unitazda olan mikroblardan belə çoxdur. Mən bu mikroblardan qorunmaq üçün klaviaturamı tez- tez gigiyenik (nəm) salfetlə təmizləyirəm.