Dünyanın ən bahalı markası Coca-Cola markasıdır. Ekspertlər 2011-ci ildə onun dəyərinin təxminən 72 miyard dollar olduğunu aydınlaşdırıblar.
Dünyanın ən böyük mirvarisi 6 tondur, diametri 1.6 metrdir. Ekspertlər tərəfindən onun dəyərinin 300 milyon dollar olduğu aydınlaşdırılmışdır. Bu nəhənd mirvarini Çin ustaları yaradıb. 2010-cu ildə 21 noyabr tarixində isə bütün dünyaya nümayiş etdiriblər.
Dünyanın ən yaşlı gəlini Avstraliyalı Minnie Munro olub. 1991-ci ildə 102 yaşında 83 yaşlı Dudley Reid adlı biri ilə ailə qurub.
Dünyanın ən böyük skripkası Almanyada yaradılıb. Onun hündürlüyü 4,27 m, eni 1,37, uzunluğu isə 5,18 metrdir.
Avropa çempionatı üzrə ən gənc futbolçu. 18 yaşlıHollandiyanın "Yetro Willems" komandasının müdafiəçisi Avropa çempionatının final mərhələsində ən gənc iştirakçı olub.
Mobil telefonuyla dünyada ilk zəng edən adam amerikalı fizik və mühəndis Martin Cooper olub.
Britanyanın milli kitabxanasındakı sərgidə dünyanın ən böyük kitabı təqdim olunub. Hündürlüyü 108 santimetrdir. Belə böyük kitab başqa heç yerdə yoxdur. Bu kitabın nəinki ölçüsü, hətta içindəki tarixi yazılar da çox maraqlıdır. Kitab 1660-cı ildə xüsusi olaraq İngiltərə kralı üçün hazırlanıb. Kitabda 37 xəritə çap olunmuşdur.
Dünyanın ilk metrosu Londonda 1863-cü il yanvarın 10-da açılmışdır.
Çəhrayı delfin.Dünyada ilk dəfə çəhrayı delfin Albinos, ABŞ-da, Louisiananın bir gölündə tapılıb.
Dünyanın ən təhlükəli balığı Qara dənizdə olur. Onun bel üzgəcindəki tikanları və qulaq nahiyəsi güclü zəhərə malikdir.Bu balığa dəniz əjdahası da deyirlər.
Norveçdə elə körpü yaradılıb ki, körpüyə yaxınlaşanda sanki bir uçuruma gedirsən, insanda illüziya yaradır.
Belçikanın Antverpdə şampan bakallarından 7 metr hündürlüyündə piramida inşa edilib və rekord Ginnes kitabına düşüb.Bu piramidanın inşasında 43.000 bakal lazım olub, ümumi çəkisi 8.750 kq-dır.
İnsanlarda qeyri-adi hadisələrdən biri - eyni şəxsin gözləri muxtəlif rəngdədir. Buna Heterocxromiya xəstəliyi deyilir, əksər hallarda genetika ilə bağlı olur.
Dünyanın ən kiçik fotoaparatı Amerikanın "Hammacher-Schlememr" şirkətində yaradılmışdır. Kameranın maksimum ölçüsü 2.5 sm, çəkisi 28 q, ölçüsü 2 meqapikseldir. Bu kiçik fotoaparat ilə video da çəkmək mümkündür. Qiyməti 100 ABŞ dollarıdır.
Dünyanın ən bahalı oteli "Marina Bay Sands" Sinqapurda yerləşir, damında ən böyük hovuz yerləşir. 8 milyard dollar dəyərindədir.