Aleksandr Kandusi (Alexander Canduci) "The Greatest Lies in History" (Tarixdə Ən Böyük Yalanlar) adlı kitabında tarixi zaman ilə doğru bildiyimiz səhvləri axtarır və bu da kitabın içində olan məlumatlardan bəziləri...
Roma imperatoru Diktaror Aqustos səlahiyyətlərini Senatoya verməyə hazırlaşırdı.
Doğru: Heç vaxt belə bir niyyəti olmadı.
4-cü Xaç yürüşü(1204) Qüdsü azadlığa qovuşdurmaq üçün edildi.
Doğru: Liderlərin əsas məqsədi İstanbulu ələ keçirmək idi.
Fransız İnqilabından əvvəl yüzlərcə vətənsevər Bastiliya həbsxanasında məhbus kimi saxlanılır və işgəncə edilirdi.
Doğru: Bastiliyada sadəcə 7 nəfər məhbus var idi və bunlardan ikisi amansız qatil idi.
Romanı e.ə 64-cü ildə xristianlar yandırdılar.
Doğru: Romada yanğın bir qəza nəticəsində baş vermişdi.
Yəhudilər hər yüz ilin başında bir araya gəlib dünyanı ələ keçirmə planı (The Protocols of the Elders of Zion) düzəldirlər.
Doğru: Bu yalan gizli rus polisi tərəfindən uydurulan bir hekayədir.
Amerikalılar yaponların Pörl Harbura ( Pearl Harbour) hücum edəcəklərini bilmirdilər.
Doğru: Ruzveltin hücumun olacağından xəbəri var idi və bu hücum döyüşə girilməsinə bəhanə oldu.
Normandiyanın bəhanəsi: nasistlərə qarşı ikinci bir cəbhə açılmasının səbəbi rusları qorumaq idi.
Doğru: Məqsəd müttəfiqlərin Rusiyadan əvvəl Almanyanı işğal etmək istəmələri idi.
Vyetnam müharibəsinə amerikan əsgərlərinə hücum edən şimali vyetnamlılar başladı.
Doğru: Müharibəyə başlayan amerikalılar idi.
Amerika Birləşmiş Ştatlarının qurucuları dürüst və şəxsi mənafelərini güdməyən insanlardı.
Doğru: Qurucular pul əldə etmək və digər müstəmləkəçilərdən daha çox gücə sahib olmağa çalışırdılar.
Texas əyaləti amerikalıların qanı ilə qazanıldı.
Doğru: Texas bölgəsi hüquqdan kənar bir yolla birləşdirildi və sonra da Meksika qazanması imkansız olan bir müharibəyə məcbur edilərək bu zəbt qanuniləşdirildi.
İraqda kütləvi qırğın silahları vardı və ABŞ ölkəyə demokratiya gətirmək üçün girdi.
Doğru: Kütləvi qırğın silahları yox idi. ABŞ-ın ölkəyə girmək məqsədi bu bölgədə hərbi baza sahibi olmaq və enerji qaynaqlarını ələ almaq idi.
İranda diktator şahı devrilib demokratiya gətirilməsi üçün inqilab edildi.
Doğru: Adı “demokratiya” olan, amma azadlıqların olmadığı bir şəriət rejimi quruldu. Prezident Karter də bu fikrə qarşı çıxmadı.