Premenstrual sindrom (PMS) aybaşı tsikli başlamazdan bir və ya iki həftə öncə başlanan və tsikildən tsiklə təkrarlanan narahatlıq simptomlarıdır.Bu simptomlara adətən başağrısı, halsızlıq, gərginlik, depressiya, tez qıcıqlanma, süd vəzlərində gərginlik, suyun orqanizmdə ləngiməsi, bel nahiyyəsində spazmlar aid olur. Tədqiqatlar göstərir ki, PMS fiziki səbəbləri bir çox faktorlardan törənir ki,bunlara da hormonal disbalans, stress, depressiya və qida rasiyonunda çatışmazlıqlar daxildir.
Aylıq aybaşı tsiklinin 14-cü günündən başlayaraq gündə 2 dəfə 1 fincan qara zirə çayı (1x/q üyüdülmüş qara zirə toxumu,1ç/q biyan kökü,1ç/q əzimiş cirə toxumları ,1ç/q qara və ya yaşıl çay yarpaqları,50ml su .hamısı birlikdə dəmlənir ki, bu da qara zirə çayı adlanır. )için və bunu aybaşı başlayıb bitənə kimi davam etdirin. Spazmları yüngülləşdirmək üçün qarın nahiyənizi qara zirə yağı ilə masaj edin. 6 ay ərzində gündə iki gəfə olmaqla 1 fincan qara zirə çayının içilməsi bir sıra xoşagəlməz menopauza(klimaks) simptomlarının qaşısının alınmasında da yardımçınız ola bilər.