Bilindiyi kimi aybaşı dövrü normal olaraq 28 gündən bir təkrar olunan bir müddətdir. Bu dövr son aybaşı tarixinin ilk günündən bir sonrakı aybaşı tarixinin ilk gününə qədər keçən zaman olaraq hesablanır.
Bu müddət ərzində bədənimiz və ruh halımız ifraz etdiyimiz hormonlara uyğun olaraq dəyişir. Bu, cinsi həyatımıza da təsir edir. Bəzən seksdən həzz alarkən ele vaxt olur ki, bu sözü eşitmək belə istəmirik. Bu səbəbdən əgər bu dövrü yaxşı izləsək, cinsi əlaqəyə ən uyğun olan dövrləri əvvəldən təxmin edə bilərik.
Buyurun , sizə 1-28 günə qədər olan dövrləri təqdim edirəm:
1-5-ci gün arası:
Aybaşının ilk beş günündə hormon səviyyəsindəki azalma bədənə və psixologiyaya təsir edir. Xüsusilə ostrojen hormonun azalması saçlarımızın daha cansız, əhval-ruhiyyəmizin isə korlanmasına gətirib çıxarır. Dərimizdəki dəyişikliklərlə yanaşı , qan itkisi üzündən gücdən düşürük. Xüsusilə qarın ağrıları dözülməz olur və dolayısı ilə cinsi əlaqənin adını belə eşitmək istəmirik. Onsuz da bu dövrdə cinsi əlaqədə olmaq olmaz.
6-12-ci gün arası:
Bu müddətdə ostrojen hormonu artır, buna görə də qadınlar özlərini daha yaxşı hiss edirlər. Saçlar parlayır, dəri çəhrayı və işıltılı bir hal alır. Bu dövrdə cinsi əlaqəyə maraq artır.
13-15-ci gün arası:
Bu dövrdə ostrojen hormonunun təsirilə ətrafa yayılan qoxuların qadınlara təsiri yüksəlir. Cinsi əlaqədən alınan zövq isə ən üst səviyyəyə qalxır.
16-28-ci gün arası:
Bu müddətdə ostrojen hormonunun səviyyəsi düşür, progesteron hormonunun səviyyəsi isə yüksəlir. Bu dövrdə uşaqlıq hamiləliyə hazırlanır. Mənfi cəhəti isə bədəndə suyun yığılması, döşlərin böyüməsidir. Bu dövrdə də qadınlar cinsi əlaqədən uzaqlaşırlar.