Uşaq Qoruma Sistemləri
Avto uşaq kreslosu nədir və niyə vacibdir?
Avtomobillərdə uşaq kreslolarının istifadə edilməsinin səbəbi,uşağın qəza anında oturduğu yerdən atılıb sıçramasının qarşısını almaqdır. Əgər belə kreslolar yoxdursa,uşaq qəza anında avtomobilin iç səthinə şiddətlə çarpa bilər.Qəzanın nəticələrinin tam olaraq qarşısını almaq mümkün olmasa da,ən azından ölümdən qurtulub ağır şəkildə yaralanacaqlarını təxmin etmək çətin deyil.Bəzi hallarda isə,bu vasitələr uşağınızı təmamilə qəzadan sağ-salamat çıxara bilər. Uşaq kresloları 3 qrupa ayrılır: körpələr,gəzən uşaqlar və məktəb yaşındakı kiçik uşaqlar.
Uşaq kresloları necə qoruyur?
Bütün uşaqlar üçün boy və kilolarına uyğun böyüklükdə bir kreslo seçilməlidir. Əks halda təhlükəsizlik kəməri bağlamaq hər hansı bir fayda verməyəcək.
Ölüm və yaralanmaların bir çoxunu uşaq kreslosu və təhlükəsizlik kəməri istifadə edərək qarşısını almaq mümkündür. Bununla birlikdə bir çox valideynlər qoruma sistemlərini səhv istifadə edərək uşaqlarını riskə atırlar. Mütəxəssislər uşaq kreslolarının 80-90 %-nin səhv istifadə edildiyini düşünürlər.Körpələr,təzə yeriməyə başlamış uşaqlar və nisbətən böyük uşaqlar fizioloji olaraq yetkinlərdən çox fərqlidir. Gənclər belə, yalnız böyümüş uşaqlardır. Çünki boyları və skelet strukturları tam olaraq inkişaf etməmişdir. Bu səbəbdən, təhlükəsizlik kəmərləri uşaq kresloları kimi tam qoruya bilməzlər. Uşaq kresloları lazım olan müdafiəni təmin edəcək əlavə strukturlarla hazırlanmışdır.
Uşaq qoruma sistemləri sürətli sıçrayış vaxtı "pilləli yavaşlama" yaradır. Düzgün quraşdırılmış uşaq qoruma sistemləri, qəza sonrası avtomobilin dayanmasıyla,onun mövcud sürətiylə irəliləyən uşağın bədəninin də dayanmasına kömək edər və başqa obyektlərə (insana,avtomobilin salonuna və ya digər avtomobillərə) çırpılmasının qarşısını alar.
Uşaq kresloları,qəza təsirini bədənin müəyyən bir qisiminə istiqamətləndirməyib, bu təsiri bədənin daha güclü bölgələrinə (omba sümüyü, kürək və çiyin) paylayaraq çırpılma təsirini azaltma funksiyasını yaradar.
Uşaq qoruma sistemlərini artıq sayan bəzi valideynlər, bu sistemlərin uşaqlarını sıxacağını və narahat edəcəyini iddia edərlər.Şəkillərdə də göründüyü kimi müasir uşaq qoruma sistemləri sadə və uşaqların xoşlanacağı şəkildə dizayn edilmiş və maksimum qorumağı təmin edəcək xüsusiyyətdədir.
Əgər uşaqlar kiçik yaşlardan etibarən uşaq kreslosuna alışıblarsa, bu,onların böyüdükcə daha çox xoşlarına gələcəkdir.Öz xüsusi kreslolarında oturmaq onlara inanılmaz həzz verəcəkdir.Ona görə də, uşaq qoruma sistemləri əleyhinə irəli sürülən fikirlər əsassız və yalnız sadə bəhanələrdir.
Uşaq kresloları necə seçilməlidir?
Körpə kresloları
(1 yaşına və 8-9 kq qədər olan uşaqlar üçün):
Körpə kresloları yeni doğulandan 8-9 kq və 1 yaşına qədər olan uşaqlar üçün dizayn edilmişdir və avtomobillərə arxaya baxacaq şəkildə bərkidilir. Körpə kreslosunun arxaya baxmasının səbəbi qəzalarda həssas baş və boyun quruluşuna sahib olan körpənin daha yaxşı qorunması üçündür. Çünki qəza anındakı çırpılmanın təsiri körpənin baş və boyun qisiminə görə daha güclü olan arxa qisiminə yönəldiləcək. Kreslo eyni zamanda körpənin başının önə çırpılmaması üçün ön tərəfə tam söykənməməlidir. Bu kreslolar körpələrin öz-özünə hərəkət edə biləcəyi vaxta qədər istifadə edilməlidir.
Hərəkətli uşaq kresloları
(0-4 yaş qrupu və 0-16 kqə qədər olan uşaqlar üçün):
8-9 kq keçən uşaqların arxaya və ya önə baxacaq şəkildə otura bilmələrini təmin edəcək hərəkət qabiliyyətinə malikdir. Bu kreslolardan bəziləri 1 yaşdan aşağı uşaqlar üçün arxaya baxar vəziyyətdə də istifadə edilə bilər. Bu cür kreslolarda uşaqlar 9 kq-dan 18 kq-a və 4 yaşına qədər önə baxacaq şəkildə oturmalıdır.
Dəstək kresloları
(4-8 yaş qrupu və 28-30 kq qədər olan uşaqlar üçün):
Bu kreslolar 4 yaşından böyük və 28-30 kq qədər olan uşaqlar üçündür.Belə uşaqlar boy və kilo cəhətdən hərəkətli kresloları istifadə edə bilmirlər və hələ təhlükəsizlik kəməri də istifadə etməyə hazır olmadıqları üçün bu cür kreslolar tam onlar üçündür. Dəstək kresloları yalnız uşağı qorumaz,həmçinin kəmərlərin rahatca ilişib istifadə edilməsini və uşağın şüşədən çölü seyr edə bilməsinə də köməklik göstərər. Dəstək kreslosunda iki nöqtəli kəmər varsa, qoruyucular istifadə edilməlidir. Dəstək kresloları, qoruyucuların iki və üç nöqtəli kəmərlərlə birlikdə istifadə edilə biləcəyi şəkildə hazırlanmışdır. Arxası yüksək olan dəstək kreslolarının, həssas baş və boyun quruluşunu daha yaxşı qoruduğu təyin olunmuşdur.
Təhlükəsizlik kəmərləri
Uşağınızın mümkün olduqca daha uzun müddət uşaq kreslosunda səyahət etməsinə fikir verin. Boy və kilo olaraq dəstək kreslosunu istifadə edə bilməyəcək qədər böyüdükdən sonra təhlükəsizlik kəməri istifadə etin. Üç nöqtəli təhlükəsizlik kəmərinin çiyindən gələn qisimi, çiyin üzərindən və sinə qəfəsindən çarpaz keçməlidir və üz və boyun bölgələrinə toxunmayacaq şəkildə nizamlanmalıdır.Belə kəmərlər ombaların üst qismində, nə çox möhkəm, nə də çox boş vəziyyətdə olmamalı, mədə üzərindən keçməməlidir.
Uşaq qoruma sistemləri ilə əlaqədar ümumi təkliflər
İstifadə qaydaları
Bütün uşaqlar üçün ən etibarlı yerlər arxa kreslodur. Uşaq kreslosunun,çırpılma nöqtəsindən ən uzaq yer olan arxa kreslonun orta qisminə bərkidilməsi tövsiyə olunur. Uşaqlar çırpılma nöqtəsinə nə qədər uzaq olsalar, o qədər etibarlıdırlar. (Xüsusilə ön qəzalarda təxminən 29 % nisbətində bu kreslolar daha etibarlıdır.)
-4 yaş kateqoriyaları üçün dizayn edilən uşaq kresloları yan hava yastığı olan avtomobillərin ön kreslolarında istifadə edilməməlidir. Qəza anında açılan hava yastığı kresloya çırpılıb, uşağın ağır yaralanmasına, hətta ölümünə belə səbəb ola bilər.
Uşaq məcburən ön kresloda oturdulacaqsa, avtomobilin kreslosunu mümkün olduğu qədər geriyə çəkin. (Xüsusilə yan hava yastığı olan avtomobillərdə)
Uşaq kreslolarının sağa-sola, arxaya-önə sürüşməməsi üçün, təhlükəsizlik kəməriylə yaxşıca avtomobilə bərkidilməsi lazımdır.
Yeni doğulmuş körpənin olduğu kreslodakı kəmərlər ən altdakı qarmağa ilişməli və qarmaq da çiyində və ya çiyin altı xəttdə olmalıdır. Uşağın yaş və kilosuna görə kəmər nizamları artırılmalıdır. Kəmərlər çiyinlər üzərindən və ayaqların arasından keçməlidir.
Plastik kəmər qarmaqlarının tam olaraq ilişdiyindən əmin olunmalıdır.
Uşaq kresloları beynəlxalq standartlara uyğun olmalı və uyğun olduğuna dair etiketi olub-olmadığına diqqət yetirilməlidir.
İstehsalçı təlimatları və vasitələrdə istifadə bələdçiləri mütləq oxunmalıdır.
Bir qəzaya uğrayan maşındakı uşaq kreslosu qətiliklə istifadə edilməməli və dəyişdirilməlidir.
Boyu 150 sm-dən kiçik və 36 kq ağırlığından az olan 12 yaşdan kiçik bütün uşaqlar üçün avto uşaq kreslosu zəruridir.
Uşaq avto kresloları alarkən nələrə diqqət yetirməliyik?
Ən əhəmiyyətli meyar dayanıqlılıqdır əlbəttə. Bu kresloların qəza vaxtı enerjini əmici xüsusiyyəti olması lazımdır. İstifadə edilən vəsait möhkəm olmalıdır. Məsələn, kilidlərin neçə dəfə açılıb-bağlana biləcəyi əhəmiyyətlidir.
Bel dəstəyi çox vacibdir. Avto kreslo uşağın bel və boyunu dəstəkləməlidir. Çünki körpələr və uşaqların boyun və belləri çox həssasdır. Xüsusilə, körpələr boyunlarını 2 aylıq olana qədər düz hərəkət etdirə bilməzlər.
Kreslonun parçası tərlətməyən cinsdən, dolğun və komfortlu olmalıdır.
Uşağın başını söykədiyi qisim geniş olmalıdır.
Uşaqlar tez böyüdüyünə görə,kreslo 4-5 yaşına gələnə qədər istifadə edə biləcək böyüklükdə olmalıdır.
İçində istifadə etmə qaydaları kitabçası olmayan bir avto kreslo seçilməməlidir.
Uşaqlar neçə yaşına qədər uşaq avto kreslosunda oturmalıdır?
Bu vəziyyətin əslində yaş ilə əlaqəsi yoxdur. Əhəmiyyətli olan kilodur.Ancaq, 135 sm-dən hündür uşaqlar uşaq kresloları yerinə ön kresloda oturmamaq şərtiylə digər kreslolardakı təhlükəsizlik kəmərlərini istifadə edə bilərlər.
İçində istifadə etmə qaydaları kitabçası olmayan vasitələrdə üç yaşdan aşağı uşaqlar daşına bilməzlər.
Uşaqların taksilərdə səyahətləri vaxtı, uşaq kreslolarından istifadə etmələri,əgər bu yoxdursa,onların arxa kresloda oturmaları zəruridir.
Uşaqlar,avtomobildə ön hava yastığı ilə qorunan bir kresloda üzü geriyə dönük vəziyyətdə daşına bilməzlər.
Avtomobillərdə səyahət edən üç və daha yuxarı yaşdakı uşaqların, təhlükəsizlik kəməri, ya da uşaq avto kreslosundan istifadə etməsi zəruridir.
Xüsusi bildirişlər
Sərnişinlər,nəqliyyat vasitəsi hərəkət etməyə başlarkən,təhlükəsizlik kəmərlərini bağlamaları mövzusunda aşağıdakı yollardan hər hansı biri ilə xəbərdar edilmək məcburiyyətindədirlər:
1) Sürücü tərəfindən,
2) Müavin və ya qrup lideri olaraq təyin edilən vəzifəli tərəfindən,
3) Audiovizual vasitələrlə,
4) Təyin olunan və hər oturma vasitəsində olan işarə və ya göstərilən simvollarla.
Valideynlər,diqqət!
Şəkildə gördüyünüz ana uşağına real qəza vəziyyəti yaradır!
Mümkün olduqca,uşaq kreslosunu qabaq oturacağa bərkitməyin.
Uşaqları dizinizin üstündə-qucağınızda oturtmayın!Qəza vaxtı uşağın çəkisi 300 dəfə artığından o ağır olacaq,siz onu tuta bilməyəcəksiniz və bədəninizlə onu sıxacaqsınız.
Uşağınızı təhlükəsizlik kəməri ilə bağlamayın,bu kəmərlər böyüklər üçündür.
Özünüzü və uşağı eyni kəmərə bağlamayın.
Avtomobilin salonuna ağır və bərk əşyalar qoymayın.Qəza vaxtı bunlar təhlükəli əşyalara çevrilirlər.
Uşağı arxa oturacaqda hərəkət istiqamətinin əksinə ayaqüstə və dizləri üstə oturmağa qoymayın.Qəza vaxtı uşaq önə sıçrayacaq.
Kreslonu avtomobilin ön oturacaqları arasında quraşdırmayın.Əlbəttə,bu vəziyyətdə uşağın hər yeri görmə imkanı olacaq.Ancaq,bu avtomobilin ən təhlükəli yeridir və siz kreslonu möhkəm bərkidə bilməyəcəksiniz.