Yuxu yozma R hərfi
Ramazan ayı-Ramazan ayı ilə bağlı yuxular həmişə xeyirə yozulur, bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti mənasına gəlir.
Reyhan-Yuxuda reyhan şadlığa, sevincə və xoşbəxtliyə yozulur.
Rels-Yuxuda qatar resli görmək cox uzun və yorucu bir səfərə yozulur.
Rəndə-Pul itkisinə yozulur.
Rəncbər-Bolluq və bərəkət anlamıdır.
Rəsm(şəkil)-Yuxuda adamın rəsm görməsi xeyrə yozulur.
Rəsmi keçid-Yuxuda bir hərbi birliyin rəsmi keçidini, yaxud nümayiş görmək böyük qismətə uğurlu bəxtə əlamətdir.
Rəssam-Yuxuda rəssam həmişə uğura yozulur.
Rəf-Həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinizə yozulur.
Riyakarlıq-Yuxuda riyakar bir adamla söhbət etmək üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir.
Rol-Yuxuda bir tamaşada rol oynadığını görmək-yaxınlarda çoxlu pul qazanacağınıza işarədir.
Roma şəhəri-Maraqlı bir eşq macərası ərəfəsindəsiniz.
Roman-Yuxuda roman oxumaq lazımsız və faydasız, mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.
Rüzgar(külək)-Şiddətli və soyuq rüzgar böyük qorxuya əlamətdir.