Padşah-röyada padşah görmək ən xeyirli yuxudu.Subaysızsa,xöşbəxt ailə quracaqsız ,evlisizsə yaşayışınız ,güzəranınız son dərəcə gözəl olacaq.
Palan-Etibar qazanacaqsınız,lakin əlinizdən xeyli pul çıxacaq.
Palıd ağacı-acı xəbərə yozulur
Paltar-röyada təzə paltar geyinməki həyatınızda əlverişli və üstün vəziyyətdə olacağınıza yozulur
Pis və cırıq-cındır paltar geyinmək,yoxsulluğa,işarədi
Pul sıxıntısı üzündən paltar satmaq kasıb üçün xeyrə,varlı üçün kədər və mal pul itkisinə yozulur
Gənc qızlar özlərini kişi geyimində görməsi sevindirici bir xəbərə işarədi.
Paltar yumaq-pis xəbərə işarədir.
Palto-röyada palto geymək-yaxşı mövqe sahibi olacaqsız
Pambıq-pambıq fərəhə və sevincə işarədir.
Park-yuxuda yamyaşıl və gözəl parkda gəzib dolaşmaq,əyləncəli bir istirahət gözləyir sizi.
Parlament-yuxuda parlament binasını görmək dövlət qapısında önəmli bir işinizin həll ediləcəyinə yozulur.
Pasport-xarici ölkəyə getmək üçün pasport almaq-işlərinizdə bir sürü əngəllər ortaya çıxacaq.
Paxla-yuxuda təzə paxla yemək,düşmən əhatəsində olmağa işarədi.Quru paxla yemək-könlünüzü sarankədər və iztirablardan qurtulacaqsınız.
Paxlava-paxlava bişirmək həyatınızı çox çalışmaqla və minbir məşəqqətlə qazanacağınıza işarədi.
Paxlava yemək var-dövlətinizin əldən getməsinə işarədi.
Pendir-pendir yemək işdə sizi aldadacaqlar.Bazardan pendir almaq-kişilər üçün zəhmətsiz gəlir,subaylar üçün zəngin biriylə evlənmək,evli adam üçün isə mirasa qovuşmaqdı.
Pəncə-(caynaq) röyada pəncə görmək rahat yaşayışa işarədir.
Pəncərə-pəncərə görmək, vara-mülkə nail olmaq,ucalığa və xöşbəxtliyə çatmaqdı.
Pişik-pişik görənin evinə oğru girər ,pişiyin bir adamı cırmaqlaması düşmənə işarədir.
Pul –səsdir nəsə xəbər eşidəcəksiz,yerdən pul yığmaq böyük çətinliklə qarşılaşmaq
Pul saymaq-arzularınız həyata keçməycək.
Portağal-şad xəbərə və uğurlu eşqə yozulur.
Pərdə-bir nəfərlə tanış olmaq və çox böyük üzüntüyə düçar olmaqdı.