Dağ-dağa dırmanan adam yüksəkliyə ucalacaq,dağdan aşağı yuvarlanmaq sizi üzəcəklər.
Dayı-yuxuda dayı,əmi görən adamın üstünə kimsə borca gələcək
Dalğa-röyada özünü dənizdə dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq.
Damar-damarından qan axan görən zəngin kasıblaşar
Dana- xəstəlikdi
Daraq- qız görsə ərə gedər,oğlan görsə sıxıntıya düşər.
Darçın-üzüntülü xəbər.
Daş-bir yerdə çoxlu daş şad xəbər,biri sənə daş atırsa düşmən,deməkdir.
Dəvə-erkək dəvə pis xasiyyət,dişi dəvə bolluq dəvəyə minmək kiməsə kömək edəssən.
Dəvəquşu-zəngin biriylə evlənmək
Dəli-özünü dəli görənin ömrü uzun olar.
Dəmir-dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək əyilmiş dəmir-sevgilindən küsməkdir
Dəniz- sakit dəniz sülh əmin-amanlıq,dalğalı dəniz təhkükə,qaranlıq zülmət dəniz isə-işləriniz bütünlüklə tərs gedəcək
Dərviş-özünü dərviş görmək zənginliyə işarədi
Diş-yuxuda dişlərin birinin sallanması xəstəlik əlamətidir,qızıl və gümüş dişlərin olması bədbəxtlik və xəstəlikdir, dişi çəkdirmək-gəlirli iş deməkdir
Dırnaq-qopmuş dırnaq səfalət,uzun çirkli dırnaq,pul və mal itkisi,manikürlü dırnaq eşq acısıdır
Dovşan-dostluq əlamətidir.
Dodaq-yuxuda qadın dodağı görmək kimsə haqqınızda pis söz danışır.
Dondurma- dondurma yemək eşqdə uğur qazanacan
Donuz-donuz ümumiyyətlə pisdir,ətini yeyənin əlinə haram pul keçəcək
Döşək-ayrılıq deməkdir
Dua-röyada dua etmək ya ibadətlə məşğul olmaq həyatınız səadət içində keçəcək
Duvaq- murada çatmaqdır
Düşmən-düşməni yerə yıxmaq, bir təhlükə gözlənilir.
Düşmənçılik-Allah düşmənləri ilə düşmənçilik etmək,Allah sevgisidir
Düyün-düyün açmaq bir işin yaxşı sonluqla bitməsidi
Düşmək(Yıxılmaq)yuxuda yıxılan bir az diqqətli olmalıdı
Durna-yoxsulluqdu
Dost-xeyir əlamətidir,yuxuda dost qazanmaq həyatda da dost qazanmaqdı
Dəri –qorxunc xəbər olacaq
Dərs kitabı-peşimançılıq
Dəsmal-ayrılıq
Dəfinə- dəfinə tapmaq yaşayışın asanlaşacaq
Dəfn etmək- toya dəvətdir
Daban-ayaqqabı dabanı övladdır,dabanının qırıldığını görənin övladı ölər
Divar-bir adamla arada olan divarı sökmək ,həmin adamla münasibətin yaxşılaşacaq
Divar saatı- yatmış görmək yaxşı sayılmaz
Dirsək -yıxılıb dirsəyini sıyırmaq yaxşı əlamət sayılmaz
Dövlət başçısı-yuxuda dövlət başçısı görmək güzəranın yaxşılaşmasıdı