Yuxu yozma.B hərfi
Baba-Röyada babanı görmək çoxlu uşağın olacağına,məsud həyat sürəcəyinə işarədi.
Bağça-bağça görmək xeyrə işarədi,bağçada oturub dincəlmək,möhkəm sağlamlıq və sevgiyə işarədi.
Bağçada gül-çiçəyin açması sərvətə işarədi.
Badımcan-badımcan qısartması yemək acı xəbər olacaq.
Bazar-gənc qız bazara getdiyini görsə bəxti açılacaq.
Bayquş-yuxuda bayquş görən xeyir tapmaz.
Balıq-özünü balıq ovlayan görmək maraqlı və şad xəbərdi,mərhəm yerdən balıq çıxdığını görmək qızı olmağa işarədi.
Balta-balta oğlan uşağıdı.
Barmaq=barmaq görmək oğlan olacağına işarədi,barmaqlarının hamısını görmək sərvətə yetişməkdir
Barmaq yalamaq-ruzi -bərəkətdi.
Baca-bacanızdan tüstü çıxırsa deməli evinizdə ruzi=bərəkət bolluq,nəşə və sevinc hökm sürəcək
Bataqlıq-özünü bataqlıqda görmək bədbəxtliyə və çox çətinliyə yozulur.
Bacı-böyük bacını yuxuda görmək röya sahibi subaydırsa yaxın zamanda evlənəcək,evlidirsə xoş xəbər alacaq.
Beşik-özünü beşikdə görmək xeyir və bərəkətə yozulur.
Bəbə-özünü bəbə görən varlanıb zənginləşər.
Bıçaq-yuxuda bıçaq qüvvət və qüdrətin artacağına yozulur,bıçaqla bir şey kəsmək pul var- dövlət sahibi olacağına işarədi.
Bilərzik-bilərzik taxmaq,sevgiliniz sizi heç zaman tərk etməyəcək,
Bina- köhnə və uçmaqda olan evlər firavanlığa yozulur.
Boy-boyun həddən artıq uzandığını görmək əcəlin yetişdiyinə,qısaldığını görmək kasıblayacağına işarədi
Boynu vurulmaq-dövlət başçısı,yuxuda kiminsə boynunu vurarsa ,boynu vurulan üzüntü və sıxıntıdan qurtarar..
Borc-yuxuda borc almaq da borc vermək də yaxşı əlamət sayılmaz.
Buğa- yuxuda buğa görən xəstələnər.
Burun-burun görmək uzun ömrə işarədi.
Bülbül-bülbül səsi eşitmək eşqə düşmək və bu sevda əbədi olacaq.
Boran- yuxuda boran-çovğun görənin başında böyük təhlükə dolaşır.
Boşanma-evli kişi boşandığını görsə ya özü ya arvadı oləcəyinə işarədi,qadın görsə,ər-arvad arasına başqa biri girəcək .
Badam-badam yemək çox sevincli bir hadisəylə qarşılaşacan
Bağban-bağçada çalışan bir bağban görmək,ailə səadətinə işarədi.
Bayraq-öz evinin üstündə bayraq görmək o evdən kimsə öləcək.
Bığ-bığlı bir kişiyə aşiq olmaq xöşbəxt və uğurlu ailə həyatı quracaq.
Bildirçin-Tanrı tərəfindən gələn ruzuyə və sıxıntılardan qurtulmağa yozulur.Yuxuda bir dəstə bildirçin görmək-başınıza bir iş gələcək.
Bibər-yuxuda bibər yeyən adam tutduğu işdən peşiman olacq.
Bənövşə-təmiz və əxlaqlı qadına işarədir.
Bəxşiş-bir qadına bəxşiş verilərsə ,bəxşiş verənə narahatlıq üz verəcək.
Bostan-yaxın vaxtlarda nişanlanmaq və evlənmək arzunuz həyata keçəcək.
Boxça-yuxuda boxça aparmaq,yaxın və sevdiyiniz bir dost sizə gələcək və bu xeyir işlə nəticələnəcək.
Böyük adam-röyada rütbə sahibi,rəhbər bir adam görmək xeyrə yozulur
Buynuz-öz başınızda buynuz görmək,xəyanətə,alçaqlığa qurban getməmək üçün hər addımınızı ölçüb ,biçin Buğda-yuxuda buğda yemək əlinə çoxlu pul gələcək.
Bədənin səpməsi-yuxuda bədəninin səpməsini görən adamın uşağı olacaq
Bəhməz- yuxuda bəhməz görən adamın işi düzələcək
Banan-banan görən adamın uşağı olacaq,əgər bananı yeyirsənsə,əlinə mal gələcək banan cənnət meyvəsidi