- Ana, mənə pul ver.- Neyləyirsən?-Tində dayanıb, qışqıran bir kişiyə verəcəm.
Oğlunun mərhəmətliliyinə sevinən ana pul verir və soruşur:-Bala, o nə qışqirir?-Dondurma alan, dondurma alan ***-Ana, olar gedim, Fəridlə oynayım?-Yox, pis oğlandır. -Onda gedim Fəridi döyüm?***Ana 7 yaşlı oğluna deyir:-Mələklər sənə balaca bacı gətiriblər.Baxmaq istəmirsən?-Yox, mən mələklərə baxmaq istəyirəm.***-Ata, mənə dondurma al!-Sənə olmaz, boğazın ağrayır.-Almasan, başlayacam sənə suallar verməyə.
-Oğlum, de görüm məktəbdə hansı fənni xoşlayırsan?-Zəngi!***Kamran xəstəxanada yatan müəlliməsinə baş çəkir.Sonra məktəbdə dostlarına danışır:-Çıxış yolumuz yoxdur.Sabah o,məktəbə gələcək.***Müəllim:
- Yenə dərsini atan edib?Şagird:
- Neyləyim, anam həmişə məşğuldur!***Heyvanxanada şirin qəfəsnini yanında uşaq atasından soruşur:-Ata,birdən şir qəfəsdən çıxıb səni yesə, mən evə hansı avtobusla gedim?
Mahir atasının uzun müddət göylərdən, mələklərdən, cənnətdən danışmasına qulaq asıb soruşur:-Göydən sən, nə vaxt qayıtmısan?***Ailədə ekiz uşaqlar doğulur.Beş yaşlı uşaq atasından soruşur:- Ata, bunlar hamısı burda qalacaq? Yoxsa göndəriblər ki,birini seçək?***Jaləyə konfet qutusu bağışlayırlar.Tərbiyəli qiz bilir ki, hamiya təklif etmək lazımdır. O, həm də bilir ki,böyüklər konfet götürmürlər.Jalə hamıya təklif edir, bir tək qardaşına təklif etmir.-Bəs, qardaşına təklif etmirsən?-deyə ata soruşur.-Çünki o götürür!!!
***
-Ana, bu hansı quşdur?
-Bilmirəm!-Bəs niyə balaca olanda anandan soruşmadın?
Evə qonaq gəlir. Dəhlizdə paltosunu, papağını çıxarır. 3 yaşlı Fatimə ona deyir:-Araz əmi, eynəyini də cıxar, bizdə istidi!***-Necə oldu çarpayıdan yıxıldın?-Mən gecə yatmışdım.Heç özümə baxmırdım.Sonra çarpayıya baxdım, gördüm ki, mən orda yoxam.***-Anan gözəldir, atan?-Cavab verməyəcəm, istəmirəm anam incisin!***-Ana, gəl mənim yanımda yat, ikimiz bir yuxuya baxaq.
Ana:-Bala, tez ol, məktəbə gecikirsən.-Eybi yox, ana, məktəb bütün günü açıqdır.***- Böyüyəndə nə olacaqsan?- Böyüyəndə xala olsam-həkim, dayı olsam-mühəndis.***6 yaşlı Cavidi yeməyə çağırırlar. Stola oturub nənəsinə deyir:-Nənəcan, məni o qədər yedizdirirsən ki, qorxuram iştaham çatmaya!