Orxan muzeydə çılpaq qadın heykəlini görüb anasından soruşur:-Ana, bu xala soyunub?-Hə.-Bəs hamam hanı?
***
-Aytac, sən niyə bağçaya getməmisən?
-Xəstəyəm,-Haran ağrıyır?-Başım öskürür.
***
Üç yaşlı Aydan nahar edərkən pişik onun ətrafında fırlanır və həsədlə ona baxır.
Aydan ona deyir:-Heç istəmə, onsuz da verməyəcəm . Sən dünən siçan yeyəndə mənə vermədin.!
-Ana, fil balaları haradan əmələ gəlir?
-Bilirsən,qızım, ...-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.
***
-Ana, məni çox sevirsən?-Əlbəttə, balam!-Onda dondurma satan kişiyə ərə get!
***
Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır.Sinif rəhbəri ondan soruşur:-Niyə ağlayırsan?-Müəlliməmiz pilləkəndən yıxılıb.-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O yıxılanda mən bufetdə olmuşam.
Oğlan meteoroloji stansiyada işləyən atasından soruşur:-Ata, sənin hava haqqında dediklərin həmişə düz çıxır?-Həmişə, ancaq tarixləri bəzən düz gəlmir.
***
-Neçə yaşın var?-Tezliklə 8 olacaq, indi 3-dür.
***
-Baba pişik asqırdı.-Bəs niyə "sağlam ol" demədin?-Bəs mənə "sağ ol"u kim deyəcəkdi?
***
Uşaq soruşur:-Ata, yenə tort istəyirsən?-Yox, bala.-İndi də sən məndən soruş.
Ana oğlundan soruşur:-Sən böyüyəndə nə olacaqsan?-Sürücü.-Niyə təyyarəçi olmaq istəmirsən?-Göydə kimi ötüb keçəyəm?
***
Baba oğlunun və nəvəsinin tələsik geyindiyini görüb soruşur:-Belə hara tələsirsiniz?-İşə-Sən də?-deyə nəvəsindən soruşur-Mən də.-Sən harada işləyirsən?-Bağçada uşaq işləyirəm.
***
-Sən niyə riyaziyyatdan 1 almısan?-Görünür müəllimdə bundan böyüyü olmayıb- deyə uşaq cavab verir.
***
-Oğlum, nə çox su içirsən?-Alma yemişəm.-Nə olsun ki?-Onu yumamışam axı.