Ağ və sarı rəngdə olan Qardeniyanın çox gözəl ətri var.
Qardeniya bitkisinin yetişdirilməsi, baxımı və sulanması:
*Doğrudan günəş işığı istəməyən bu bitki bilvasitə işıqlardan da faydalana bilər.*Çox-çox soyuq və isti havada buraxma çiçəyin yarpaqlarına və çiçəklərinə fayda verməz.*Hava axınlarından asan təsirlənən Qardeniya bitkisi bu təsirdən qorunmalıdır.
Sulamada ən əhəmiyyətli ünsürlər
-Qış aylarında bitki həddindən artıq soyuqdan qorunaraq susuz buraxılmamasına diqqət yetirilməlidir.-Yaz aylarında isə bitkinin suya olan ehtiyacını tamamilə aradan qaldırmaq üçün həftədə ən az iki dəfə sulanmalıdır.-Su bitkinin hər hissəsinə çatdırılmalıdır.-Sulanmadan sonra bitkinin qabında su qalmamasına çox diqqət yetirilməlidir.-Bitkini sulayarkən istifadə edilən qab hər sulamada eyni ölçüdə olmalıdır.-Sulamalar eyni gündə və eyni miqdarlarda su ilə edilməlidir.-Qardeniyada çox böyük bir dəyişiklik görülmədiyi müddətcə sulanmada istifadə edilən qab, ölçü və su miqdarı dəyişdirilməməlidir.- Bitkiyə qış aylarında krandan götürdüyümüz soyuq bulaq suyunu verməməliyik. Verdiyimiz su otaq istiliyində olmalıdır.- Tez-tez saxsı qabı dəyişdirmək, böyük olan saxsılar qardeniyanın inkişafına çox böyük maneələrdir.
*Qış aylarında qardeniyanın olduğu mühit 14-15 dərəcənin altına düşməməlidir.
Qardeniya bitkisinin çoxaldılması:
* Qardeniyanın çoxaldılması bitkinin köklərindən ayırma üsuluyla ola bilər.*Bitkini kökündən çıxararaq üst qisimlərə uzanan incə qisimlər bitkiyə bənzəyən yeni bitkilər meydana gətirər.*Bu yeni bitkiləri götürüb başqa saxsılara tikərək yeni qardeniyaları meydana gətirə bilərik.*Bu üsul həm asan həm də zəhmətsizdir.