Əziz xanımlar, sizə bir çoxlarınızın (Allah uzaq eləsin) bildiyi xərçəng xəstəliyindən uzun-uzadı danışmayacam. Bildiyimiz kimi, digər xəstəliklərdən fərqli olaraq xərçəng xəstəliyinin mualicəsi aşkarlanmayıb. Bu da azmış kimi bir də genetik (ana tərəfdən qan qohumluğu) olaraq da tutulmaq olurmuş. Əgər (Allah uzaq eləsin) ananızda, bacınızda, xalanızda, nənənizdə və s. qadın qohumlarınızda bu xəstəlik olubsa, hər ehtimala qarşı hər 6 aydan bir həkim müayinəsindən keçin, qan nümunəsi verin. USM-dən keçin. Bu, ən azı vaxtında xəstəliyin üstünə düşməyə kömək olar.
Bilirəm, indi bəziləriniz bu xəbəri oxuyub deyəcəksiz ki, niyə xəstəlikdən yazıb əhvalımızı pozur. Məni bu xəstəlikdən yazmağa vadar edən jurnalların birindən oxuduğum bir xəbər oldu. İstərdim ki, sizlər də biləsiniz. Pərəstişkarı olmasam da, sənətinə hörmət etdiyim Hollywood aktrisası və fotomodeli Anjelina Jolinin son verdiyi qan nümunəsindən xərçəng xəstəliyinin simptomları aşkar olunub. Bir çoxlarınız bilirsiz ki, onun anası 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdi. O vaxtdan hər 6 aydan bir özünü müayinə etdirən aktrisanın son diaqnozu qorxulu çıxdı. Buna baxmayaraq aktrisa Los-Angelesda yenidən dəqiqliklə müayinə olunub dəqiq diaqnoz almaq istədi. Aktrisa qarın nahiyəsindəki güclü ağrıdan əziyyət çəkdiyi üçün yeməkdən imtina edir ki, bu da onu halsız vəziyyətə salır. Hər birimiz bu gözəl qadını həm də xeyriyyəçi kimi tanıyırıq.
Müayinə cavabına görə aktrisa xərçəng deyildir. Amma bu o demək deyil ki, nə vaxtsa tutulmayacaq. Bunun üçün hər 6 aydan bir müayinələrə davam etməlidir.
Xərçəng imkanlıya, məhşura, kasıba, kimsəsizə, anaya, bacıya, ağıllıya, ağılsıza baxmır. Əgər gəlirsə, qarşısında kimsə dura bilməz. Təsəvvür edin ki, kiçik qarışqa boydasız. Günəşli günlərin birində gözləmədiyiniz anda özünüzdən qat-qat böyük və güclü hörümçəyin toruna düşürsüz. Günlər keçdikcə hörümçək sizi toruna daha da bərk sıxır. Beləcə tədricən ....
Cümləmi davam etməyə ehtiyac duymadım. Hər biriniz nə yazacağımı artıq anlamısınız. Yer üzündə bu xəstəlik haqqında həkimlərdən sonra bəlkə də ən çox mən bilirəm. Halbuki, bu xəstəlik barədə heç bir şey bilməmək üçün nələri qurban verməzdim...
Allah hər bir xanımı bu xəstəlikdən qorusun... Allah istər xoş istər, bəd xassıli olmasından aslı olmayaraq, kimsəni bununla sınamasın... Hər birinizə sağlam həyat arzulayıram. Çünki sağlamlıq olduqdan sonra hər şey yoluna düşər...