Klimaks qadın orqanizmindəki fizioloji prosesdir, hipofiz və yumurtalığın fəaliyyətini, menstruasiyanın bitməsini təmin edən hormonların fəaliyyətinin pozulması ilə xarakterizə olunur.
Klimaks qadınlarında 45-48 yaşlarında başlayır, buna baxmayaraq bu proses bəzi qadınlarda 40 yaşına kimi, bəzilərində isə 55-56 yaşlarında başlaya bilər.
Menopauzanın xüsusiyyətləri:
1. Qadının seksual hormonlarının inkişafının azalması
2. Hər aylıq menstrual dövrənin (axıntının intensivliyin, miqdar azalması) pozulması
3. Qadının cinsiyyət orqanının selikli membranının dəyişikliyinə görə onun arıqlaması
və elastikliyini itirməsi
4. Uşaqlığın ölçüsünün azalması
Nəzərə alsaq ki, klimaks dövrü 8-dən 10 ilə kimi davam edə bilər, bu baxımdan menopauza mərhələli şəkildə baş verir:
Premenopauza yumurtalığın fəaliyyətinin pozulmasından başlayıb, menstruasiya qanaxmasının başa çatmasınadək davam edir.
Bu dövr ərzində hər aylıq menstrual dövrənin pozulması baş verir, menstruasiya qanaxmaları qeyri-müntəzəm olur və axıntı azalır. Mayalanma qabiliyyəti kəskin azalır.
Menopauza qadının seksual hormonlarının inkişafının başa çatması ilə səciyyələnir. Bu dövrdə menstruasiya qanaxması tamamilə kəsilir.
Menstruasiya sonrası dövr. Orta hesabla 3-5 il davam edir. Bu vaxt yumurtalığın fəaliyyəti tamamilə dayanır.
Əksər qadınlarda menopauzanın gəlişi klimaks sindromunun göstəricisi olur ki, bu da bir çox əlamətlərdə özünü göstərir:
Tərləməyə meyllilik
Həyəcan, təzyiq artması
Baş ağrıları
Sürətli yorğunluq
Yuxusuzluq
Narahatlıq
Seksual istəyin azalması
Bütün bu müşahidə olunan əlamətlər orqanizm yeni fizioloji vəziyyətə uyğunlaşan kimi yox olur, ancaq bəzi qadınlar klimaks sindromunu uzun və çox çətin keçirirlər.
Hərdən bir qadınlar sidiyə getmənin artmasından və sidiyi saxlaya bilməməkdən, sidik kisəsində xoşagəlməz hissdən şikayətlənirlər.
Menopauzadan sonra, qadınların orqanizmlərində baş vermiş dəyişikliklər görə, özlərinə qarşı mümkün dərəcədə diqqətli olmaları zəruridir, çünki əks halda belə ciddi xəstəliklərlə üzləşə bilərlər:
Miokard ürək tutması
İflic
Hipertoniya
Osteoporoz (sümük əriməsi)
Ateroskleroz (damarların tutulması) və s..
Klimaks sindromunun müalicəsini sizin şikayətlərinizə, analizlərinizin xüsusiyyətlərinə və müəyyən nəticələrinə diqqət edərək yalnız həkim təyin edə bilər. Klimaks sindromunun müalicəsini təyin etməzdən əvvəl, bir neçə yoxlama aparmaq zəruridir:
Ginekoloqda ümumi yoxlanış
Reproduksiya bədənin orqanlarının ultrasəs müayinəsi
Mammoqramma
Qanın ümumi analizi
Qanın biokimyəvi analizi
Lipidanaliz kompleksi (xolestren və s-nin yoxlanması)
Qanda hormonların səviyyəsi
Qan təzyiqi (səhər və axşam ölçmək)
Sümüklərin rentqenoqrafiyası
Densitometriya (sümüklərin mineral tərkibinin pozulması və onun müəyyən edilməsi)
Klimaks sindromunun müalicəsinin ən yaxşı metodu qadın orqanizmində çatışmayan hormonların əvəz edilməsinə əsaslanan hormonal terapiyadır. Bu terapiya yalnızca xoşagəlməz simptomları ləğv etməyə kömək etmir, həmçinin qadın orqanizminin yenidən qurulması ilə yarana biləcək ağır xəstələnmənin qarşısını alır.
Menstruasiya sonrası dövrdə keçirilən terapiya ilə ürək-damar xəstəliklərinin, osteoporozun qarşısı alınır, emosional vəziyyət stabilləşir. Və bu terapiyanın daha bir müsbət effekti dəri qocalmasının qarşısının alınmasıdır.