Dedim ki,ürəyim elmdən xəbərsiz olmamışdır.Az sirrlər qaldı ki, mən onları başa düşməyəm. İndi ki ağlın gözü ilə baxıram məlum oldu ki, hələ heç bir şey bilmirəm.
***
Xörəyi keyf üçün deyil, səhhət üçün yeyərlər.
*** Hər kəs ki, xeyri öyrədər özgəyə, özü əməl eləməz. O, kor kimidir ki, əlində çıraq ola, özgələr onun çırağı ilə yol taparlar amma özünə bir faydası olmaz.
***
O, kəs ki, özgənin sirrini sənə deyir, Sənin də sirrini özgəyə deyər.
***Yaxşı kürəkənə rast gələn daha bir oğul tapır,pisinə rast gələn isə qızını itirər.
***
Qanunlar hörümçək toruna bənzəyir, zəiflər onda dolaşıb qalır,güclülər isə qırıb qurtarır.
***
Əmr verməzdən qabaq itaət etməyi öyrən.
***Dilini ram elə, xüsusilə qonaqlıqda.
***Qoyma dilin ağlından qabağa düşsün.
***
Yaxşı rəhbərlik etməyi evındə öyrən.
***Naməlum olan nədir?-Gələcək. Etibarlı olan nədir?-Torpaq.
***Axmaqları söz yox, bədbəxtlik ağıllandırır.
***
Şərait dəyişəndə də, cox qüdrətli şəxslər zəiflərdən geridə qalır.
***
Əgər birini dövlətli etmək istəyirsənsə, onun nə pulunu artır, nə də pula hərisliyini.
***Dirilik od kimidir əvvəli alov və axırı kül.
***Xoşbəxt var-dövləti olan deyil ,dövlətə ehtiyacı olmayandı.
***Dövlətlilərin çoxu sərvətlərinin sahibi deyil, qarovulçularıdır.
***
Demokrit bir dəfə bir nadanın durmadan danışdığını görüb, belə demişdir:-Bu, adam danışmamağı bacarır, amma susa bilmir.
***
Adamların çoxu başlarına gələndən qətiyyən ağıllanmırlar.
***-Hamı üçün ümumi olan şey nədir? -Ümid.Çünki heç nəyi olmayanın da ümidi var. -Ən çətin şey nədir? -Özünü dərketmə. -Ən asan şey nədir? -Başqasına məsləhət vermək. -Bədbəxtliyi nə vaxt yüngül keçirmək olar? -Düşməni daha pis vəziyyətdə görəndə.