"Vaxt qızıldır" ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. Qol saatları vaxtı göstərməklə yanaşı sahibinin xarakterinin göstəricisi, divar saatları isə otağın bəzəyidir. Ev dizaynı ilə də demək olar ki xanımlarımızın çoxu maraqlanır. Fikrimcə sizə təqdim edəcəyim bu xəbər evində dəyişiklik etmək istəyənlər və ya evinin dekoruna başlayanların işinə yarayacaq. İndi isə sizə bir-birindən fərqli, hər birinizin zövqünə oxşayan divar saatları təqdim edirəm. Buyurub baxa bilərsiniz. Əminəm ki bəyənənib dəyərli şərhlərinizi bölüşəcəksiniz.Bu divar saatlarına baxanda sanki qarşıdakı binaların, şəhərin valehedici işıqlarını seyr edirsən.
İş otağı üçün ideal bir seçimdir
Bu divar saatlarında isə dəniz canlılarını görmək mümkündür. Sanki dənizin o gözəlliyi evinizdədir.
Bu şəkillərdə isə hər zaman həyatımızı gözəlləşdirən, göz oxşayan, ətri ilə insanları bihuş edən gülləri görmək olar.
Bu saat evinizin girişinə xüsusi gözəllik verə bilər.
Bu şəkildə isə görünüşü ilə çox adamı vahimələndirən, meşənin yırtıcı heyvanlarından biri olan aslanın sanki canlı olaraq evinizin bir küncündə sakit oturduğunu görmək olar.
Necədir,xanımlar? Sizin ən çox bəyəndiyiniz və evinizdə görmək istədiyiniz saat hansı oldu?