Bayatılarımız gözəl Azərbaycanımızın lirik xalq şer janrıdır. Dörd misradan və yeddi hecadan ibarət olan bayatıların əsas fikri son qafiyələrdə aydınlaşır. Bayatıları hər mövzuda dilə gətirilib istər məhəbbət mövzusunda, istər zülmə qarşı, istər dostluğa, Vətənə və. s. Bayatılar hələ qədimdən folklorumuzun ən geniş yayılmış, sevilmiş janrıdır .Mən çox bayatıları əzbərdən bilirəm, hətta uşaqlara da onlardan layla kimi istifadə etmişəm. Bu gün xəbər hazırladığım bayatılar isə Təbriz bayatılarıdır. Xalq şairi Nəbi Xəzriyə məxsus olan bu bayatılar həsrətli Təbrizə həsr olunub.
Harayladım TəbriziSıxdı hicran, dərd bizi.Biz yuxuda görüşdük,Ayırdı səhər bizi.
***
Qar yağıbdır dizəcənBu düzdən o düzəcən.Qəlblərdə körpü olum,Uzanım Təbrizəcən.
***
Hicran-kaman çalandıİllər əsrə calandı.Ha getdim Təbriz deyə.Yollarım haçalandı.
Təbriz nağılım mənimƏli çıraqlım mənim!Sən ey yolların kimiQolları bağlım mənim.
***
Əzizim ay əzizimTəbrizim, ay Təbrizim.Qismətimiz görüş yoxNiyə hicrandır bizim?
***
Təbriz baharım, barımGül deyilsən qoparım.Torpağından bir ovucVer Gəncəyə aparım.
***
Çinarlar baş-başadırBu yer dahi yaşadır.Xaqaniylə, NizamiBir vətəndə qoşadır!