Bu gün də sizəAzərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Qarağat bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Qarağat bitkisinin adı qədim rus sözü olan «smorodit»kəlməsindən götürülmüşdür. «Smorodit» süzünün mənası yarpağının «pis iyə», «kəskin iyə» malik olmasını bildirir.Qarağat uşaqdan böyüyə hər birimizin sevimli meyvəsidir. Lakin ondan təkcə meyvə olaraq istifadə etmək də doğru deyil. Hələ qədim zamanlardan qarağatın yarpağından tutmuş köklərinə kimi istifadə etmiş və faydasını görmüşlər.Qarağatın yarpağı və toxumları insan orqanizmində çatışmayan qida mənbəyini bərpa etməyə qadirdir. Buna misal onun tərkibindəki sinki göstərmək olar. Qara qarağatdan hazırlanmış mürəbbə isə yüksək təzyiq xəstələrinin müalicəsində istifdə edilir. Üstəlik ürək fəaliyyətinə də müsbət təsir göstərir. Giləmeyvəsindən yüksək hərarəti salmaq üçün, eləcə də sidikqovucu vasitə kimi də istifadə edilir.Qarağat iyul-avqust aylarında yetişən çox dadlı meyvədir.
Kimyəvi tərkibi
Qara qarağatın meyvə, yarpaq və tumurcuqlarınıntərkibindən insan orqanizmi üçün faydalı olanbir sıra vitaminlər aşkar edilmişdir. Qarağat tərkibindəki Cvitamini miqdarına görə 4-5 dəfə çiyələkdən, 8-10 dəfə sitrusbitkilərindən, 15-20 dəfə moruqdan, alma, gilənar, alçadan, 30-50 dəfə armud, ərik və üzümdəkindən çoxdur. 100qqarağat meyvəsinin tərkibində 300-400 mq C vitamini aşkaredilmişdir. 100 q qarağat meyvəsi yaşlı adamın C vitamininəolan tələbatını 5-6 gün təmin edə bilər.Meyvəsinin (yabanısında) tərkibində 4000 mq% Cvitamini, P, B, B6, D, E, K vitaminləri, karotin, 10-13%-əqədər şəkər, 17,3% quru maddə, 4-5%-ə qədər alma, limonvə çaxır turşuları, 1,43% aşı maddəsi, kofein, pirokatexin,xinin, kempferol, kversetin, kversetirin, kempferol-3-qlikozid,izokversetin mirisetin-3-qlikozid, kempferol-3-rivtinozidflavonoidləri tapılmışdır. Çiçəklərinin tərkibində2,36-3,56% qlukoza, 2,72-4,75% fruktoza, 0,24-1,06% saxaroza,pentozan maddələri aşkar edilmişdir. Yetişmiş meyyələrinintərkibindən 3,85-5,9% 3-monoqlukozid sianidin, 3-rutinozid sianidin, 3-monoqlukozid delfınidin, 3-rutinoziddelfidin, 3-rutinozid pelarqonidin, 3-soforozid delfınidin,bundan əlavə meyvəsindən pektin, alma, limon, çaxır üzviturşuları katexin, 0,01% efir yağı da tapılmışdır.Alimlər qarağatın meyvəsinin qiymətli olmasını onuntərkibindəki sinaidin 3-rutinorid, delfıdin 3-rutinoid, delfidin3-qlukozid, sinaidin 3-raninoid, sinaidin 3,5-diqlukozid, sinaidin3-qlukozid, peonidin ilə müəyyən etmişlər (Chandler,Harper, 1958; Reichel 1960; Harborne Hall, 1964; Kolesnik-Medvedova 1971). Kntosian maddələrindən başqa, qara qarağatıngiləmeyvəsinin tərkibindən tapılan flavonoid maddələri:kversetin, miriserin və kempferol və s. ilə onun əhəmiyyətiniizah edirlər (Samordova-Bianki, Fatalieva,1964). Qarağatın tərkibindən həmçinin fenolkarbon turşusuda tapılmışdır (Skorikova, 1973). Altayın dağlıq zonalarında bitən qara qarağatın giləmeyvəsinin tərkibindən isə antosianmaddələrindən sinaidin 3-utinozid, sianidin 3-qlukozid, delfinidin3-rutinozid və s. aşkar etmişlər.
Respublikamızın florasının tərkibində yayılan qarağatnövlərinin meyvəsində olan antosian və flavonoid boyaqmaddələrinin kimyəvi tərkibi Novruzov E.N. və ŞəmsizadəL.A. tərəfindən öyrənilmişdir.Bunun nəticəsi olaraq qarağat bitkisinin müxtəlif növvə sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrindəntibb sahəsində geniş istifadə olunan bir sıra preparatlaralınmışdır.Qarağatın tumurcuq, yarpaq, meyvə hissəsindən hazırlanmışdəmləməsindən soyuqdəymədə, vərəm xəstəliyində,tərgətirici, sidikqovucu kimi, orqanizmin müqavimətininartırılmasında, infeksiya xəstəliklərində işlədilir.Tibet təbabətində yarpaqlarından ekstrakt, dəmləmə vəcövhərindən vərəm, limfa sisteminin müalicəsində istifadəedilir. Meyvə və yarpaqlarından vitaminli çaylar hazırlanır.
Qarağat meyvəsinin tərkibində xoş ətirə malik efir yağı,flavonoid maddəsi olduğu üçün havanı zərərli mikroblardantəmizləyir, şirəni və şərbətləri 30 gün müddətində xarabolmadan qoruyur.Qarağat yarpaq, meyvə və qabıqlarından hazırlanancövhərindən maddələr mübadiləsinin nizama salınmasında,göy öskürəkdə, sidik kisəsi xəstəliklərində, böyrək daşlarınıntökülməsində istifadə olunur.Qarağatın cavan yarpaqlarından hazırlanmış çaylar dərixəstəliklərində, soyuqdəymədə, sidik kisəsi və böyrək daşınıntəmizlənməsində, eləcə də sidikqovucu vasitə kimi tətbiq edilir. M.A.Nosal, I.V.Nosal 1959-cu ildə qeyd etmişdilər ki,qarağatdan hazırlanan şirəyə şəkər qarışdırıb udlaq, xronikixırıltıların, göy öskürəyin, mədə yaralarının, bağırsaqların,katarakt xəstəliklərin müalicəsində istifadə edilir. Belə hesabedilir ki, qarağatın yarpaqlarından hazırlanan çay və cövhəriorqanizmdə toplanıb qalmış sidik və quzuqulağı turşularınıntəmizlənib kənar edilməsində qəbul edilir. B.Q.Vohnski vəbaşqaları 1978-ci ildə qeyd edirdilər ki, qarağatdan ürək-damarsisteminin tonusunun artırılmasında, infeksiya xəstəliklərininmüalicəsində daxili qanaxmalarda, mədə turşuluğununaşağı salınmasında və s. istifadə olunur.Qarağatın meyvəsindən təzə halda qida kimi istifadəedilir. Bundan başqa meyvəsindən konserv-qənnadı və likor,spirtsiz içkilər sənayesində geniş istifadə edilir. Daha sonrameyvəsindən mürəbbə, marmelad və müxtəlif şirniyyatnövləri, pastila, sərinləşdirici içkilər, kisel, cem, şirə,müxtəlif şərbət növləri və s. hazırlanır.Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları polivitaminlimaddə kimi skorbitda və digər hipo- və avitaminozlarda,diatezlərdə, mədə-bağırsaq xəstəliklərində, qanazlığındaistifadə edilir ki, bu da onların tərkibində olanvitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzəmeyvələrindən alınan şirədən səs tutulmalarında, göy öskürəkdə, quru öskürəkdə istifadə edilir.15-20 ədəd qarağat meyvəsi insanın gündəlik C vitamininəolan tələbatını ödəyir.
Qarağatın meyvə və yarpaqlarındanhazırlanan dəmləmə, cövhər, yaxmalardan kosmetikasahəsində geniş istifadə edilir. Belə ki, meyvəsini əzibsürtgəcdən keçirib, alınan ətli hissəsindən sifətin dərisinə sürtüb 25-30 dəqiqə saxladıqdan sonra, isti su ilə yuyub təmizləyirlər.Qarağat yaxması dərini təmizləyir, onun elastikliyini artırır və təravətli edir.
Qarağat vannaları qəbul etdikdəbədəndə olan xoşagəlməz iylər yox edilir, orqanizminmüqaviməti artır, əsəb sistemi sakitləşir. Qarağat yarpağınıgicitkən, çobanyastığı, kəklikotu, üçyarpaq yonca, dazıotu,qaraqınıqla qarışdırıb, qadınlar üçün «gözəllik vannası» hazırlayırlar.Bu «gözəllik vannasını» qəbul edən qadınlarınbədənləri təravətli, parlaq olur, bu da onların özlərini əla hissetməsinə səbəb olur. Yarpaqlarından hazırlanan dəmləmələrdə uşaqları çimizdirib,dərilərində olan səpgiləri aradan qaldırırlar. Qarağatınyarpaqlarından hazırlanan dəmləmələrlə Fransada dərinintonusunun artırılmasında, Polşada dəri xəstəliklərində,Tibet təbabətində diatez və dəri səpkilərində, Cexoslovakiyadaətirli vannasından maddələr mübadiləsinin nizama salınmasında,dəridə olan səpgilərin aradan götürülməsindəistifadə edilir.
Qarağatın meyvələrinin rəngi üç cür – ağ, qaravə qırmızı olur.Ağ və sarı rəngli qarağat meyvələrindən alınan şirələrsusuzluğu aradan qaldırır, iştahanı artırır, bağırsaq sistemininfəaliyyətini və tərgətirici vəzlərin fəaliyyətini normallaşdırırvə sidikqovucu vasitə kimi böyrək və sidik kisəsində kristalhalında olan urat turşularının parçalanıb orqanizmdən kənaredilməsində tətbiq edilir.D.K.Qesə və başqalarına (1966) görə, Belorus xalq təbabətindəqara qarağatın çiçəklərindən hazırlanan dəmləməvə cövhərlərindən qara ciyər, babasil, qadın xəstəliklərində,təzə meyvəsindən və yaxud ondan hazırlanan mürəbbələrdən ürək xəstəliklərində, mədə turşuluğununaşağı salınmasında istifadə edilir.Qarağatdan yüksək keyfiyyətli, müalicəvi təsirə malikmürəbbə və şəkər tozu ilə basdırılmış ətirli tutma (qarışıq),cem, kompot, konfet, çaxır, likor, spirtsiz içkilər, təbiirənglər və s. hazırlanır. Bu mürəbbə və tutmanı uzun müddətsaxlamaq mümkündür.Qarağatın yalnız meyvəsindən deyil, həm də tumurcuğundan,yarpağından da istifadə edilir. Qarağatın tumurcuğunuqışda və yaxud erkən yazda toplayırlar. Bu qiymətlixammaldan yeyinti sənayesində meyvə essensiyası və şərbəthazırlanır. Tumurcuğun tərkibində çoxlu miqdarda C vitaminivə efir yağı tapılmışdır. Yarpaqlarından turşu və kvashazırlanır ki, bundan da ədviyyat kimi istifadə edilir.
Yarpaqların mualicəvi xususiyyətləri
Yarpağındanhəmcinin surroqat çayı hazırlanır.Meyvə və yarpaqlarını bənövşə yarpaqları ilə qarışdırıbalınan cövhərindən uşaqlarda baş verən vərəm xəstəliklərindəistifadə edilir. Hipertoniya və aterosklerozda işlədilir.Nektar bitkisidir. Bəzək bitkisi hesab edilir.Qarağatın yarpaqlarındanda müalicə məqsədləri üçün istifadə edilir. Beləki, qurudulmuş yarpaqların tərkibindən çoxlu miqdarda Cvitamini aşkar edilmişdir. Bundan da müalicə çayları hazırlayıbtonusartırıcı vasitə kimi qəbul edirlər. Yarpaq və tumurcuqlarındanhazırlanan dəmləmələrdən və yaxud spirtli çıxarışlarından revmatizmdə, dəri xəstəliklərində və soyuqdəymələrdəistifadə edilir.