Bu dəfəki xəbərimdə hər birimizin sevərək istifadə etdiyi, hətta hər gün azı bir ədəd də olsa yediyimiz dadlı banandan bəhs edəcəyəm. Bananı çox zaman bir meyvə olaraq düşünüb istifadə edirik. Halbuki, banan nəinki meyvə, hətta diset sayılır. Adətən arıqlamaq istəyən xanımlar gərgin idman hərəkətlərindən sonra bir ədəd banan yeyirlər. Bununla itirdikləri enerji mənbəyini bərpa etmək və eləcə də bananın tərkibindəki kalsiumdan faydalanmaq istəyirlər. Əslində isə banan şəkər tərkibli disertdir. İdman hərəkətlərindən dərhal sonra onu yeməkdənsə böyürtkən şirəsi və ya kök şirəsi içə bilərsiz. Bu həm itirilmiş enerjini bərpa edər, həm də sağlam şəkildə pəhrizinizi davam etdirməyinizə kömək olar. Bu misalı çəkməkdə məqsədim odur ki, banan haqda hələ bilinməyən çox məlumat var. Hansı ki, o məlumatı hər tərəfli araşdıraraq, vahid şəkildə bizlərə təqdim edən Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoruNübar xanım Həkimovadır. Elə məhz onun əldə etdiyi nəticələr əsasında sizə bu günkü xəbəri təqdim edirəm. Burada siz bananın kimyəvi tərkibi və faydaları haqda öyrənə bilərsiz.
Banan ot bitkisi olub güclü şirəli kök sisteminə malikdir.Bananı cənnət çörəyi, tərəvəz xörəyi, yol çörəyi, bağ çörəyi və s. adlandırırlar.Çiçək saplağı tüklərlə əhatə olunub, çiçək yanlığıisə tünd qırmızı rəngdədir. Meyvələri uzun olub, yetişəndövrdə uzunsov, üç üzlü olur, özəyi unludur. Toxumu (əgərvarsa) çox yastılanmış şəkildə olur. Banan meyvəsinin tərkibində75-76%-ə qədər su, 15-25%-ə qədər şəkər, 7% nişasta,1,3% zülal, 0,3-0,6% efir yağı, sellüloza, alma turşusu,ferment, pektin maddələri, kalium duzları, C, B2, PP, E vəprovitamin A tapılmışdır. Qabıq hissəsində çoxlu tanin və karotinmaddələri vardır. Bananın tərkibində olan sulu karbonlumaddələr buğdanın tərkibində olanlardan tez həll olurlar.Meyvənin xoş iyi onun tərkibində olan efir yağınınmiqdarından asılı olur.
Banandan ən çox təzə halında desertyeməklərində istifadə olunur. Yetişməmişindən isə ədviyyatməqsədləri üçün tərəvəz xorəklərinin tərkibinə əlavə edilir.Ətli hissəsindən un, pudra, cem, həliməşik şirə, marmelad,sirop və s. hazırlanır.Meyvələrindən dərman kimi işlətmə və mədə xəstəliklərindəistifadə olunur. Yetişməmiş meyvə və çiçək hissələrindənhazırlanan mürəbbədən şəkər xəstəliklərində istifadəedilir. Meyvələrindən hazırlanan müxtəlif şirələrdən, gərginəməklə məşğul olan adamlarda əmələ gələn ateroskleroz,hipertoniya, dizenteriya, nazik bağırsaq, mədə iltihabın,böyrək və s. xəstəliklərdə istifadə olunur. Şəkər xəstəliklərindəmədədə turşuluq prosesi artdığına görə həmin xəstələrəbanan meyvəsindən qəbul etməyə icazə vermirlər.Tərkibində qiymətli fizioloji-aktiv maddələrin: serotin,nerpi-nefrin, dopamin, katexolamin və s. olması ilə əlaqədarolaraq bundan bağırsaq və mədədə əmələ gələn yaralarınmüalicəsində müvəffəqiyyətlə istifadə edilir. Bunun şirəsi ilədaxili qanaxmaların dayandırılmasında, dizenteriya, onikibarmaqbağırsağın iltihabının əleyhinə, vəba xəstəliklərindəistifadə edirlər. Bundan başqa bananın şirəsindən həyəcanlanma, ürəkkeçmələrində də istifadə olunur. Bitkinin kök hissəsindənalınan küldən qurdsalıcı vasitə kimi istifadə edilir.
Banan kalium elementinin mənbəyidir. İnsan orqanizminindaxili hüceyrələrində toplanan K elementi ürəyin,qaraciyərin, beynin və ən çox isə əzələlərin normal fəaliyyətgöstərməsinə xidmət edir.Şəkər xəstəliyinə düçar olan insanların banan yemələriməsləhət görülmür. Banan mədə yaralarını müalicə edir.İnsanların 50%-i mədə yarasından əziyyət çəkirlər. Mədəyarasının müalicəsində banandan hazırlanan sıyıqlardan,cövhər və şərbətlərdən geniş istifadə edilir. Belə ki, bananpreparatları mədənin selikli qişasına müsbət təsir edib, onuntez bir zamanda bərpa olunmasına səbəb olur. Mədəyaralarını adi meyvələri yeməklə də müalicə etmək olar.Banan insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Bananmeyvəsinin tərkibində tonuslaşdırıcı təsirə malik efedrinmaddəsi olduğundan onu qəbul edən zaman qan təzyiqi aşağıolan insanlarda arterial qan təzyiqi normaya düşür, bunun nəticəsindəmərkəzi sinir sisteminin müsbətə doğru fəaliyyətiyüksəlir, sonda şəkərin miqdarı qaydaya düşür, ağciyər bronxlarınınəzələlərinə təsir güclənir. Banan qəbul edən insandatonus artır, iş qabiliyyəti yüksəlir, yorğunluq aradan qalxır.